Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-312/2026 05.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 AR Daxili İşlər nazirliyinin Baş X6 İdarəsi tərəfindən inzibati xəta haqqında” qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarların ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində AR Daxili İşlər nazirliyinin Baş X6 İdarəsi tərəfindən inzibati xəta haqqında” qəbul edilmiş, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməyini, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməyinə, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməyinə, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməyinə, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməyinə, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməyinə, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilməyinə, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilməyinə, 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməyinə və 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilməyinə dair həmin qərar əsasında ona əsassız olaraq hesablanmış 50, 50, 100, 50, 100, 50, 20, 80, 50 və 40 manat olmaqla, cəmi 590 (beş yüz doxsan) manat cərimə silinəsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Onun hazırda olan şikayəti həmin 10 qərar üzrə inzibati xətaların törədilibtörədilməməsi ilə bağlı deyildir. Bəlkə də, həmin xətalar törədilib, bəlkə də törətməmişdir. Onun şikayəti odur ki, həmin inzibati xətalar onun tərəfindən törədilməmişdir. Qərarlardan görünür ki, həmin xətalar **-PY-*** dövlət qeydiyyat nişanlı «CHEVROLET COBALT LTZ MİNİK» avtomobili vasitəsilə törədilmişdir. Həmin avtomobil də "xxxx" MMC-nin mülkiyyətindədir. Şikayətə əlavə etdiyi 06 may 2024-cu il tarixli və 27 may 2024-cü il tarixli etibarnamələrdən görünür ki, onun həmin avtomobili sürmək üçün müvafiq olaraq 06 may 2024-cü ildən 25 may 2024-cü ilədək və 27 may 2024-cü ildən 26 iyun 2024-cü tarixədək səlahiyyəti olmuşdur. O, həmin avtomobili həmin tarixlər arasında idarə etmişdir. Bundan sonra MMC tərəfindən avtomobil ondan alınaraq başqa şəxsə və ya şəxslərə verilmişdir. 10 qərarın hər birinə fikir verilsə görünər ki, 10 qərar üzrə ilk pozuntu 27 sentyabr 2024-cü İİ tarixdə, son pozuntu isə 19 yanvar 2025-ci il tarixdə törədilmişdir. Yəni bütün pozuntular bu iki tarix arasında baş vermişdir. Ona verilmiş sonuncu etibarnamənin müddəti isə 26 iyun 2024-cü il tarixdə bitmişdir. Göründüyü kimi, puzuntular törədilən vaxtı onun həmin avtomobili idarə etməyə səlahiyyəti olmamış və avtomobil onun tərəfindən idarə edilməmişdir. Göründüyü kimi inzibati xətaları törədən şəxsin kimliyi düzgün müəyyən olunmamış və bunun nəticəsində ona əsassız olaraq cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək bildirmişdir ki, o, "xxxx" MMC-yə məxsus olan **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili iki ay on beş gün idarə etmək üçün ona etibarnamə verildiyini və cərimələr isə onun adına gəldiyini bildirmişdir. Daxili İşlər nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş qərarların ləğv olunması və cərimənin silinməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EQ 26035068 nömrəli protokol ilə İXM-nin 469.3-cü maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 26035086 nömrəli protokol ilə İXM-nin 328.2-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 26035095 nömrəli protokol ilə İXM-nin 327.2-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 26035092 nömrəli protokol ilə İXM-nin 469.3-cü maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 26035094 nömrəli protokol ilə İXM-nin 327.1-1-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 26035090 nömrəli protokol ilə İXM-nin 469.3-cü maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 26035097 nömrəli protokol ilə İXM-nin 346.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 20 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 26035091 nömrəli protokol ilə İXM-nin 346.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 80 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 26035088 nömrəli protokol ilə İXM-nin 469.3-cü maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 26035084 nömrəli protokol ilə İXM-nin 427.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X3 “CHEVROLET COBALT LTZ MİNİK” **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X3 “CHEVROLET COBALT LTZ MİNİK” **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, EQ 26035068 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035086 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035095 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035092 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035094 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035090 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035097 nömrəli, xx.xx.2024cü il tarixli, EQ 26035091 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26035088 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 26035084 nömrəli elektron qərarlarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət həmin hissədə əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 26035068 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035086 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035095 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035092 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035094 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035090 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035097 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035091 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26035088 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 26035084 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 26035068 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035086 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035095 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035092 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035094 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035090 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035097 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035091 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26035088 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 26035084 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Daxili İşlər nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 26035068 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035086 nömrəli, xx.xx.2024cü il tarixli, EQ 26035095 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035092 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035094 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035090 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035097 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 26035091 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26035088 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 26035084 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirli Baş X7 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(5-166)-312/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-312/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver