Məhkəmə qərarları › İş №3(5-166)-321/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-321/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-321/2026 17.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, Kazımov Amil Zahid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 29 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxsnə müvafiq olaraq göndərilən 3-17-5/2-4734/2026 nömrəli, xx.xx.2026-cı il tarixli göndərilən məktubda xx.xx.2025-ci il tarixdə işəgotürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq X1 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-114121/2025 nömrəli məktubu ilə verilmiş qüvvədə olan əmək müqaviləsində elektron sənəd formasına keçirilməsi barədə icrası məcburi göstəriş icra edilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndələri məhkəmə iclasında iştirak etmirlər, nümayəndələrin iştirakları olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnə müvafiq olaraq göndərilən 3-17-5/2-4734/2026 nömrəli, xx.xx.2026-cı il tarixli göndərilən məktubda xx.xx.2025-ci il tarixədək işəgotürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq qüvvədə olan əmək müqaviləsində düzəliş edilməsi tələb olunmuş icrası məcburi göstərişin icra edilməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-114121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixədək əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş 13 yanvar 2026-cı il tarixli, 3-17-5/2-4734/2026 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı X1 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-114121/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, 3-17-5/2-114121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubun (SS966495814AZ kodu) xx.xx.2025-ci il tarixdə, saat 09:22-də Şəxsnə çatdırılması cəhdi uğursuz olmuşdur. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, 3-17-5/2-4734/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubun (SS966499918AZ kodu) xx.xx.2026-cı il tarixdə, saat 09:34-də Taleh adlı şəxs tərəfindən alınması qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən 3-17-5/2-114121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla Şəxsnə müvafiq olaraq göndərilən işəgotürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddənin 5-ci hissəsinin tələbləri pozularaq qüvvədə olan əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsinin təmin olunmasına dair düzəliş edilməsi tələb olunmuş, bu barədə icrası məcburi göstəriş verilmişdir. İcrası məcburi olan göstərişlərin icra edilməsi məqsədilə SS966495814AZ kodu ilə göndərilən məktubun Şəxsnə çatdırılmasını təsdiq edən sənəd olmadığından Şəxs həmin göstərişdən məlumatsız olduğu müəyyən edilmişdir. Bundan başqa SS966499918AZ kodu ilə göndərilən məktubun isə Taleh adlı şəxs tərəfindən alınması qeyd olunsa da, lakin "xxxx" həmin şəxsin MMC-nin hansı vəzifəli şəxsi tərəfindən qəbul edilməsi, ümumiyyətlə Şəxsnə aidiyyətinin olub-olmaması aydın deyil. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ünvanladığı icrası məcburi olan göstərişlərə dair məktubları qəbul etməsi öz təsdiqini tapmamış, icrası məcburi olan göstərişlərdən məlumatsız olmuşdur. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan belə ki, icrası məcburi göstərişin rəsmi qaydada çatdırılmaması və ya əldə olunmaması səbəbindən, həmin göstərişlərin icra edilməsindən məlumatsız olmasını nəzərə almadan Şəxs barəsində əsassız halda İXM-in 539.1-1-ci maddəsi ilə 29 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə Şəxs İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 539.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ruqiyyə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar