Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(5-166)-326/2026 10.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Babayeva Aybəniz Elman qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Məhkəmə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə sənədləri araşdıraraq hesab edir ki, material qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol xüsusi prosessual sənəd olmaqla, forma və məzmunca qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməlidir. Məhkəmə tərəfindən sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında aparılan şəxs Şəxs əməli xüsusi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş inzibati xəta haqqında protokolda deyil, inzibati xəta haqqında protokol adlandırılan, lakin adi formada A4 vərəqində icra məmuru tərəfindən doldurulmuş və imzalanmış sənəddə əks etdirilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə inzibati xətanın bu formada rəsmiləşdirilməsi və həmin sənədə məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən nzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” 18 noyabr 2016-cı il tarixli 466 nömrəli Qərarı ilə “İnzibati xəta haqqında Protokol”un forması təsdiq edilmişdir. Odur ki, məhkəmə inzibati xəta haqqında sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş materialda olan çatışmazlığın aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında sənədlər Yevlax şəhər İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələrində ilə tərtib edilmiş inzibati xəta haqqında sənədlər Yevlax şəhər İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(5-166)-326/2026
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(5-166)-326/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver