Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-336/2026 11.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, Kazımov Amil Zahid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protkol dxil olmuşdur. İnzibati xəta haqqında protkola görə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs öldüyündən xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN BDYPİ-nin 30 yanvar 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyündən xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ruqiyyə Cəfərova
Məhkəmə qərarları › İş №3(5-166)-336/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-336/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver