Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-346/2026 12.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X20 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin polis baş leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 fevral 2026-ci il tarixdə Yevlax rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş 09 fevral 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 09 fevral 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ-21021” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Yevlax şəhəri, C.Mustafayev küçəsində hərəkətdə olarkən təqsirli olaraq düzgün manevr etmə qaydası etmədiyi üçün X2 idarə etdiyi “VAZ-2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Bununla da, onun barəsində İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati xətaları törətməsini nəzərdə tutan 09 fevral 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞnin X23 X19 Xidmətinin polis baş leytenantı X11 izahatında göstərdi ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ-21021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Yevlax şəhəri, C.Mustafayev küçəsində hərəkətdə olarkən təqsirli olaraq düzgün manevr etmə qaydası etmədiyi üçün X2 idarə etdiyi “VAZ-2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. X1 idarə etdiyi “VAZ-21021” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş və Şəxs idarə etdiyi avtomobildə, arxa oturacaqda əyləşmiş qardaşı arvadı X9 baş beyin silkələnməsi xəsarəti almışdır. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, atası X12 məxsus “Niva” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. Onun sürücülük vəsiqəsi yoxdur. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində, atasına məxsus idarə etdiyi “Niva” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Yevlax şəhəri, C.Mustafayev küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, qarşıda hərəkətdə olan avtomobili ötmək istəyərkən, qarşıdan avtomobil gəldiyini görmüş, avtomobili sağ zolağa istiqamətləndirmiş, həmin vaxt yolun sağ kənarında saxlayıb hərəkətə başlamaq istəyən “VAZ 2107” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxa sol qanadı ilə idarə etdiyi avtomobilin qabaq sağ qanadı toqquşmuşdur. İdarə etdiyi avtomobildə arxa oturacaqda əyləşmiş qardaşı arvadı xəsarət almışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş sula cavab olaraq bildirdi ki, əvvəllər oxşar törətdiyi inzibati xəta haqqında protokola məhkəmədə baxılmış və barəsində 2 ay inzibati həbs tətbiq edilmişdir. Zərərçəkmiş şəxslər X8 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 dekabr 2025-ci il tarixli qərardan görünür ki, X3 yol-nəqliyyat hadisəsində xəsarət alması ilə bağlı cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində İXM-in 332.1, 332.4 və 469.3-cü maddələri ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi, X5 barəsində İXM-in 332.1, 332.2, 339.1-1 və 469.3-cü maddələri ilə inzibati tənbeh tədbiri görülməsi üçün Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi, X17 barəsində İXMin 335.3-cü maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır; TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş barəsində 180 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 İXM-in 339.1-1, 332.1, 469.3 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş barəsində 200 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-2115/2025 nömrəli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2 (iki) ay müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "VAZ 21021” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolayrıcını keçmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilə və yaşayış evinə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, əvvəllər də sürücülük hüququ olmadan avtomobili idarə edərək yol nəqliyyat hadisəsini törədərək zərərçəkmiş şəxsə zərər vurmasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in, 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 fevral 2026-cı il tarixdən saat 16:15-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Yevlax RPŞ-nin MSY-yə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Yevlax rayon Polis Şöbəsinin DYPB-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X21
Məhkəmə qərarları › İş №3(5-166)-346/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-346/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver