Məhkəmə qərarları › İş №3(5-166)-368/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-368/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-368/2026 16.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X6 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, “X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən “X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2026cı il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən “X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə (ünvan: Yevlax rayonu, Havarlı kəndi.) ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, tərəflərindən əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən və əmək müqaviləsinə 400 manatdan aşağı əmək haqqı daxil edilən işçinin (X2. FİN 353R1Z3) əmək haqqı məbləğinə “Əmək və məşğulluq” altsisteminə düzəliş edilməsi və görülmüş tədbirlər barədə xx.xx.2025-ci il tarixədək X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə (Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 6 email: mailto:demx_ujar@sosial.gov.azElektron ünvan və ya Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsi 1) yazılı məlumat verilməsi tələb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən “X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə (ünvan: Yevlax rayonu, Havarlı kəndi.) ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, icrası məcburi göstərişlə bağlı “X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Regional şöbəyə məlumat daxil olmamış və X1 əmək müqaviləsində əmək haqqı məbləğinə düzəliş edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayonunun Havarlı bələdiyyəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, “X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Yevlax rayonunun Havarlı kənd bələdiyyəsi ərazisində mövcud deyildir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X1 əmək hüquqlarının bərpa olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-113898/2025 nömrəli icrası məcburi göstərişinin “X4 Kəndli Təsərrüfatı” MMC tərəfindən icra edilməməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən təqdim edilmiş materiallara "X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və onun rəhbərliyinə ünvanlanmış yuxarıda qeyd edilən məktubun ünvana çatdırılmasına dair çıxarış yaxud digər sübut (poçt identikifikatoru və s.) əlavə edilməmiş, eyni zamanda məktubun hansısa bir ünvana çatdırılması barədə bildiriş müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubun çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına "X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə bildiriş göndərilməsi barədə reyestr əlavə olunmuşdur ki, həmin reyestrdən də, bildirişin ünvan sahibinə çatdırılması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: - 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; - 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: - 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; - 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən vətəndaşa aid sənədlərin təqdim edilməsinə dair "X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubun ünvana çatdırılmasına dair çıxarış və eyni zamanda məktubun hansısa bir ünvana çatdırılması barədə bildiriş iş materiallarına əlavə edilmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən məhkəməyə bildirişin çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən “X4 Kəndli Təsərrüfatı” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsaasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. "X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirliliyi sübuta yetirilmədiyindən və hüquqi şəxsin inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "X4 Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar