Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-401/2026 25.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, Kazımov Amil Zahid oğlunun katibliyi, Yevlax rayon İcra Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Yevlax rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 18 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzizati xəta haqqında protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Yevlax rayon İcra Şöbəsinin icra məmuru X9 izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-133/2025 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşina çatanadək saxlanılması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1086/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimum əmək haqqının 0.50 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs Çingz oğlundan sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə ödənilməli olan borcu icra məmuru tərəfindən izahatının alınmasına baxmayaraq cəmi 420 manat ödəməmiş və onun tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, məhkəmə qərarının icrası təmin edilməmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə müəyyən olunmuş borcunun ödəməməyinin maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Belə ki, onun başqa gəlir mənbəyi yoxdur. Yaxın qohumları maddi yardım edirlər. Yaranmış 420 manat alimentin borcundan 250 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Məhkəmə qərarından qərəzli olaraq yayınmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 Elgiz Çingiz oğlu icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəməkdən qərəzli olaraq yayınmır. Göründüyü ki, 250 manat ödəniş etmiş, qalan borcunu da hissə-hissə ödəyəcəyini bildirmişdir. Xahiş edirəm barəsində başlanılmış inzibati xəta haqında icraata xitam verilsin. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-133/2025 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşina çatanadək saxlanılması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1086/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimum əmək haqqının 0.50 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. -İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-133/2025 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Qərar və bildiriş borclu tərəfindən şəxsən alınmışdır. -Borclu Şəxs tərəfindən verilmiş izahatlardan aydın olur ki, sonuncu icra sənədləri üzrə borcunun ödəməmə səbəbi kimi maddi vəziyyətini əsas gətirmişdir. -Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. - Tələbkara məxsus "xxxx" ASC-nin hesabdan çıxarışdan aydın olur ki, icra sənədi üzrə 250 manat pul vəsaiti tələbkarın hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan ki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528-ci maddənin qeydinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə 420 manat yığılmış aliment borcundan 250 manat tələbkarın kart hesabına ödənilmiş, tələbkar tərəfindən borclu barəsində olan inzibati işə dair icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən də Şəxs tərəfindən məhkəmə qərarı qəbul edənədək ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxsnın əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ruqiyya Cəfərova
Məhkəmə qərarları › İş №3(5-166)-401/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-401/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver