Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-408/2026 13.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X11 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) nümayəndəsi X1 iştirakı ilə, Yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olan hüquqi şəxs Bloksi MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları və sənədləri təqdim etməmişdir. Bununla da hüquqi şəxs Bloksi MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 bildirdi ki, protokolla razı deyillər. Belə ki, Şəxs MMC təmir işləri ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən öz fəaliyyətini dayandırdığından, işçilər ərizələrinə əsasən öz hesablarına ödənişsiz məzuniyyətə buraxılmış, müəssisənin fəaliyyətinin dayandırılması barədə əmr verilmiş, sözügedən əmr bütün lazımı Dövlət orqanlarına təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsi tərəfindən müəssisəsiyə daxil olan 05 yanvar 2026-cı il tarixli məktubla zəruri məlumatlar istənilmişdir. Həmin məlumatların bir çoxu müəssisədə çalışan məsul şəxslərə aid olduğundan 13 yanvar 2026-cı il tarixdə müəssisədə təmir işləri bitmədiyi, zavod fəaliyyətə başladıqda məktuba tam olaraq dolğun cavab veriləcəyi bildirilmişdir. Sözügedən faktları təsdiq edəcək arayış vardır və həmin arayışı məhkəməyə təqdim etdi. Buna görə də məktububu onlardan asılı olmayan səbəblərə görə göndərilməməsi nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 09 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X5 müraciətinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci bəndinə əsasən Şəxs MMC-yə xx.xx.2026-cı il tarixli 3-17-5/2-539/2026 nömrəli məktubda qeyd edilmiş sənədlər X9 şöbəsinə təqdim edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsi tərəfindən hüquqi şəxs Bloksi MMC-yə ünvanlanmış 05 yanvar 2026-cı il tarixli 3-17-5/2-539/26 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə barələrində müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəksiniz. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsi tərəfindən hüquqi şəxs Bloksi MMC-yə ünvanlanmış 05 yanvar 2026-cı il tarixli 3-17-5/2-539/26 nömrəli məktubda göstərilmişdir ki, vətəndaşlar X7 və X3 hüquqi şəxs Bloksi MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdikləri 27 dekabr 2025-ci il tarixli müraciətlərinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsində baxılır. Odur ki, vətəndaşlar (X7 və X3) müraciətlərinə münasibət bildirilməsi və vətəndaşlara aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günündən gec olmayaraq X6 Xidmətinin X9 şöbəsinə təqdim edilməsini xahiş edirik. 1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), 2.Kollektiv müqavilə (olduğu təqdirdə) 3. İş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (2021-2021-ci illər) 4. Əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti. 5. Son haqq hesabın hesablanıb ödəniləsini təsdiq edən sənədlərin surəti. 6. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X2 müraciət və HİT-nin razılığı və.s) 7. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasiət bildirməsinə dair cavab məktubu. 8.Hadisə yerinə baxış aktı. 9.Hadisə yerinin sxemi və fotoşəkilləri. 10.Zərərçəkənin ƏM və TTQ dair keçirilən təlimat(giriş ilkin və dövri)jurnallarından biliklərinin yoxlanılması protokollarından çıxarışlar. 11.Zərərçəkənin və aidiyyatı vəzifəli şəxslərin vəzifə və peşə təlimatları, o cümlədən texniki təhlükəsizlik qaydalarından təlimatları. 12.Hadisə nəticəsində müəssisəyə dəymiş maddi ziyan barədə arayış. 13. Müəssisənin (fiziki şəxsin) Dövlət qeydiyyatından keçməsinin təsdiqləyici sənədlər (müəssisənin şəhadətnaməsi nizamnaməsi) 14.Pozulmuş qayda,təlimat və digər normativ-hüquqi sənədlərdən çıxarışlar. 15.Fərdi mühafizə vəsaitlərinin verilməsinin təsdiqləyici sənədləri. 16.İşlərin təhlükəsiz aparılmasına cavabdeh şəxsin təyin olunması barədə əmr. 17.Təhqiqatın aparılması ilə bağlı komissiyaya üzv salınması üçün nümayəndənizin təqdim edilməsi. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Şəxs MMC-nin 13 yanvar 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsinin 3-17-5/2-539/26 saylı, 05 yanvar 2026-cı il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, Şəxs MMC Kərpic zavodu, zavodda cari təmir işləri ilə əlaqədar olaraq, xx.xx.2025-ci il tarixdən öz fəaliyyətini qeyri müəyyən tarixədək dayandırmış, işçilər ərizələrinə əsasən öz hesablarına ödənişsiz məzuniyyətə buraxılmışlar. Zavodun fəaliyyətinin dayandırılması barədə xx.xx.2025-ci il tarixdə 101 K saylı əmr verilmişdir. Zavodun fəlaiyyətinin dayandırılması barədə tərtib olunmuş 101 K saylı-xx.xx.2025-ci il tarixli Əmr bütün lazımı Dövlət orqanlarına təqdim olunmuşdur. Nəzərlərinə çatdırılmışdır ki, hal-hazırda zavodda təmir işləri bitməmişdir. Zavod fəaliyyətə başladıqda məktuba dolğun cavab veriləcəkdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək digər səbəblərə görə fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin dispozisiyasına əsasən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olur. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsi tərəfindən təqdim edilmiş materiallara Şəxs (təsisçisi) ondan asılı olmayan səbəbə görə məlumat verməmişdir. Belə ki, Şəxs fəaliyyətlərinin müvəqqəti dayandırmaları, müəssisənin fəaliyyətə başladığı təqdirdə sorğunun cavablandırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci bəndinə əsasən, müstəsna hallarda - istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. Məhkəmə MMC-nin fəaliyyətinin dayandırılması məsuliyyətdən azad olmamaq kimi qiymət versə də, verilən sorğuya mütəxəssis işçilər tərəfindən cavablandırılmalıdır ki, həmin işçilər də ödənişsiz əmək məzuniyyətində olmuşlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 Şöbəsi tərəfindən bu hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X9 şöbəsi tərəfindən Şəxs MMC-nin mənfaeyi nəzərə alınmamışdır. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsaasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən və hüquqi şəxsin inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(5-166)-408/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-408/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver