Məhkəmə qərarları › İş №3(5-166)-409/2026

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(5-166)-409/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(5-166)-409/2026 26.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının, Kazımov Amil Zahid oğlunun katibliyi ilə, X2 tərəfindən AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2026-ci il tarixli, EQ seriyalı 33549497 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti nəzərdən keçirib, müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2026-ci il tarixli, EQ seriyalı 33549497 saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə göndərilməlidir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, X1 qeydiyyat ünvanı Samux rayonu Füzuli kəndidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 114.3-cü maddəsinə əsasən işə baxılarkən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. 129.1.3-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxıldığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qeydiyyat ünvanının ünvan 2 haqqında material baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü və 129.1.3-1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 tərəfindən AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-ci il tarixli, EQ seriyalı 33549497 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Hakim: Ruqiyyə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar