Məhkəmə qərarları › İş №3(5-166)-457/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-457/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-457/2026 27.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi X5 məhkəmə iclas katibliyi, Yevlax rayon polis şöbəsinin X1 polis sahə rəisi X3, zərərçəkmiş şəxs X6, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Goranboy rayonunda anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, Goranboy rayonu, Qarasuçu kəndində qeydiyyatda olmaqla, Yevlax şəhəri, Q.Quliyev bina 4, mənzil 15-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon polis şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 21 radələrində Yevlax şəhəri, H.Əliyev parkında yerləşən Gənclik kafesində X8 məxsus olan 150 manat dəyərində 1 ədəd “Samsung A53” markalı telefonu oğurlamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X7 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 21 radələrində Yevlax şəhəri, H.Əliyev parkında yerləşən Gənclik kafesində X8 məxsus olan 150 manat dəyərində 1 ədəd “Samsung A53” markalı telefonu oğurlamışdır. Yevlax Rayon Polis X4 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 227-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, həmin günü spirtli içki qəbul etdiyindən İsa Mehdiyevə məxsus olan mobil telefonu danışmaq üçün götürdüyünü və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyə bilmədiyini bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs ona məxsus olan 1 ədəd “Samsung A53” markalı telefonu oğurlamış, hazırda bu günə kimi telefonu geri qaytarmadığını aralarında barışıq olmadığını bildirmiş, telefonunun qaytarılmasını tələb etdiyini və onun barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 21 radələrində Yevlax şəhəri, H.Əliyev parkında yerləşən Gənclik kafesində X8 məxsus olan 150 manat dəyərində 1 ədəd “Samsung A53” markalı telefonu oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır; "xxxx" MMC-nin direktoru Araz Alıyev tərəfindən verilmiş arayışdan görünür ki, 1 ədədə işlənmiş vəziyyətdə olan “Samsung Galaxy A53” markalı mobil telefonun bu günki bazar qiyməti 100-150 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı,məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmişin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 27 fevral 2026-cı il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar