Məhkəmə qərarları › İş №3(5-166)-478/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-478/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-478/2026 13.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, Kazımov Amil Zahid oğlunun katibliyi ilə, xx.xx.1978-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X3 Reional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi̇ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X3 Reional Bölməsi tərəfindən tərtib edilmiş 05 mart 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05 mart 2026-cı il tarixində keçirilən nəzarət tədbirləri zamanı Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən qəbir daşları sexində formalaşan tullantı sularının təyinatsız olaraq axıdılması nəticəsində fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib edən quruma məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X3 Reional Bölməsi tərəfindən tərtib edilmiş 05 mart 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05 mart 2026-cı il tarixində keçirilən nəzarət tədbirləri zamanı Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən qəbir daşları sexində formalaşan tullantı sularının təyinatsız olaraq axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 05 mart 2026-cı il tarixli 002296 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X3 Reional Bölməsinin əməkdaşları böyük məsləhətçi müfəttiş X2, mühəndis Qoçayev Azər oğlunun iştirakı ilə bölmənin inzbati ərazi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərini yoxlanılması məqsədi ilə bölmə rəisi xx.xx.2026-cı il tarixli 052/S saylı sərəncamına əsasən Yevlax rayonunun ərazisi üzrə tərəfindən monitorinq nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinqlər zamanı Yevlax rayon Salahlı kəndi ərazisində yerləşən qəbir daşları sexinin fəaliyyət zamanı formalaşan tullantı sularının boş ərazisinə axıdılması halı aşkar olunmuşdur. Sexin icarədarı Şəxs ilə yazılı izahat verərək sexin fəaliyyəti zamanı formalaşan tullantı sularını təyinatsız olaraq axıdılmasını etiraf etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsi”-nin 45, 78, 79, 81, 103-cü maddələrinin Azərbaycan Respublikası “Su Təchizatı və Tullantı Suları haqqında Qanunu”nun 10-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın müvafiq maddələri pozulmuşdur. Bununla bağlı video və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Şəxs 05 mart 2026-cı il tarixli izahatından görünür ki, keçirilən nəzarət tədbirləri zamanı Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən qəbir daşları sexində formalaşan tullantı sularının təyinatsız olaraq axıtdığını etiraf etmişdir. Törətdiyi inzibati xəta ona izah olunmuş, həmin inzibati xətanın təkrarlanmayacağına söz vermişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, etirafedici izahatı, fotoşəkillər və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ruqiyyə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar