Məhkəmə qərarları › İş №3(5-166)-525/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-525/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-525/2026 18.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X12 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, 30 avqust 1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Yevlax rayonunun Ərəş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(002)-1799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı, ******* nömrəli, 18 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Rəcəbli X7 Rayon Məhkəməsinin 2(002)-1799/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli icra sənəd üzrə 3265 manat məbləğində aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1799/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən aliment borcunun ödənilməsi üçün bildiriş verilmiş və ondan borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu məhkəmə qətnaməsində göstərilən aliment borcundan ödəniş etsə də qalıq 3265 manat məbləğində olan aliment borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də qərəzli olaraq borcunu ödəməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək iş icraata daxil olandan bu günədək borclu Şəxs ilə əlaqə saxlanılsada alimentdən yarımçıq ödəniş etmişdir. Bir müddət ümumiyyətlə 8-9 ay aliment ödəməmişdir. Borclu Şəxs icra məmurunun çağırışlarına gəlmədiyini, yaşayış yeri onlara məlum olmadığı üçün 05 noyabr 2025-ci il tarixdə onun barəsində axtarış elan edilərək icra edilməsi üçün Yevlax rayon Polis şöbəsinə həvalə edilmişdir. Borclu Şəxs Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən onlara təhvil verildikdən sonra izahatı alınmış, izahatında qeyd etmişdir ki,aliment borcundan təxminən 1200 manat ödədiyini,ümumi borc məbləğindən cəmi 3265 manat aliment borcu qaldığını, Borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, borclu Şəxs izahatı alınarkən çek təqdim etməsə də bildirdiyinə görə təxminən 1200 manat aliment borcundan ödəniş etmişdir. Bundan başqa Borclu Şəxs cəmi 3265 manat borcu qaldığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, borcunu ödəməkdən yayınmır. Mütəmadi olaraq aliment borcundan ödənişlər etmişdir. Belə ki, o, bir müddətdir ki, işləmir yeni işə daxil olduğunu yaranmış 3265 manat aliment borcunu ödəməyə imkanı olmadığını,alimen borcundan 1750 manat ödədiyini, hazırda 300 manat ödəniş edəcəyini, Yekunda barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi yaradılaraq iş üzrə borclu Şəxs şikayətinin və tələbinin olub olmaması aydınlaşdırılan zaman tələbkar Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikatinin və tələbinin olmadığını bildirir.Həmçinin 300 manat ödənişi aldığını onun həbs olunmamasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qaradağ Rayon Məhkəməsinin 2(002)-1799/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməlidir; Yevlax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında e251494/2024-36-7-003 nömrəli bildirişinin surətindən görünür ki, borclu Rəcəbli X7 Rayon Məhkəməsinin 2(002)-1799/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Şəxs icra sənədi üzrə aliment borcundan mütəmadi ödənişlər etmiş, həmçinin məlum olmuşdur ki, borcundan 1750 və 300 manat ödəmişdir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-1799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 53, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 02 saat (iki) hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar