Məhkəmə qərarları › İş №3(5-166)-56/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-56/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-56/2026 12.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi, Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, zərərçəkmiş şəxs X3 və onun qanuni nümayəndəsi X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İlqa oğlunun müdafiəçisi Vəkil Əlisafa oğlunun iştirakları ilə, xx.xx.2009-cu ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 12 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərardadda və onun əsasında tərtib edilmiş 12 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs Yevlax rayonu Hacımahmudlu kənd mərkəzində mağazanın qarşısında döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis mayoru X7 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə oğlu tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax rayon X8 bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun məktəb yoldaşıdır, xx.xx.2025-ci il tarixdə günorta saatlarında təxminən 14:30 radələrində dərsdən çıxandan sonra Hacımahmudlu kəndində kəndin mərkəzində mağazanın qarşısında Şərqiyyənin azyaşlı qardaşının öz sinif yoldaşları ilə mübahisə etdiyini, Şərqiyyənin gəlib ona “qardaşını niyə dalaşdırırsan” deməsini, ona isə “sənin qardaşınla mənim nə işim var” deyəndən sonra Şərqiyyənin ona söyüş söydüyünü bildirmişdir. Şərqiyyənin sözlərinə əsəbləşib onu hər iki əli ilə tutaraq itələmiş, Şərqiyyə isə yolun kənarında yerə yıxılmış, daha sonra Şərqiyyə onu söyə-söyə evlərinə getmişdir. Həmin vaxt orada məktəbdən çıxıb evə gedən azyaşlı məktəblilərin olduğunu bildirimişdir. Hazırda əməlindən peşman olduğunu, zərəçəkən şəxslə barışıq üçün cəhd etdiyini bildirərək, barəsində inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin qanuni nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək Zərərçəkmiş şəxs ilə qonşu olduqlarını bildirərək, dəfələrlə barışıq üçün evlərinə getdiklərini və oğlunun əməlindən peşman olduğunu bildirərək inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında bildirdi ki, Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək fikri olmamış, Zərərçəkmiş şəxs onu söydükdən sonra onu ordan uzaqlaşdırmaq niyyətində olduğunu bildirmişdir. Odur ki, şəxsin yetkinlik yaşına çatmadıını, ilk dəfə xəta törətdyini, dəfələrlə barışıq üçün cəhd etməsini nəzərə alıb inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında dərsdən sonra Hacımahmudlu kənd ərazisində Rahibin onun azyaşlı qardaşı Əli ilə mübahisə etdiyini görmüş, ona yaxınlaşıb “sən kimsənki qardaşımı dalaşdırırsan” demişdir. Həmin vaxt Rahib səbəbsiz yerə əsəbləşərək onun sifətinə yumruqla vurub yerə yıxmış, dərhal ordan qaçıb uzaqlaşmış və ağlaya-ağlaya evə getmiş, mübahisə əsasında Rahibi vurmadığını, onu təhqir etmədiyini, Şəxs şikayətçi olduğunu bildirmiş və onunla barışmadığını bildirmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X9 məhkəmə iclasında çıxış edərək, Şəxs şikayətçi olduğunu bildirmiş və onunla barışmaq niyyətində olmadıqlarını bildirərək şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs Yevlax rayonu Hacımahmudlu kəndinin mərkəzində mağazanın qarşısında döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2025-cü il tarixli, 753 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – burun belinin şişkinliyi, solğun göyümtül rəngdə qançırdır. Üst dodaqda, orta xəttin solda qeyri- müəyyən formalı, qırmızımtıl, rəngdə 1x1 sm ölçülü, ətraf dəri səviyyəsində sıyrıq vardır. Bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 2.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, İXM-nin 32.2-ci maddəsini əsas götürərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, habelə barışmağa cəhd etməsini şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yetkinlik yaşına çatmayan şəxs olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ruqiyyə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar