Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-58/2026 19.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Yevlax şəhəri, kür küçəsində yerləşən 76 nömrəli fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 12 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15 dekabr 2025-ci il tarixdən başlayaraq “Pinco” online qumar saytına daxil olub kazino oyunu oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində “PİNCO” online qumar saytına daxil olub kazino oyunu oynamışdır. Şəxsin mobil telefonu məhkəmə zalına gətirilmişdir. Həmçinin telefonun ekranından çəkilmiş şəkillər və video iş materiallarına əlavə edilmişdir. Şəxsin deməsinə görə axır 1 ayda 517 manat gəlir əldə etmişdir. Protokolda həmin məbləğ şəxsin sözlərindən yazılmışdır. Müsadirə edilməsi üçün qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir onlar tərəfindən dəqiq və tam müəyyən edilmədiyinə görə məhkəməyə təklif edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilməyərək izahatında göstərmişdir ki, qumar oyunları barədə reklam qarşısına çıxmış və pula ehtiyacı olduğu üçün bu onun diqqətini çəkmişdir. “PİNCO” saytına daxil olaraq futbol oyunlarına pul vəsaiti qoymuşdur. Amma həmin saytda qeydiyyatdan keçməmişdir. Ona dair heç bir şəxsi məlumatlar görsənmir. Hesab edir ki, qeydiyyatdan keçmədən oynadığı üçün təqsirsizdir. Özü işsizdir, sağlamlıq imkanları məhduddur. Onun cərimə ödəməyə maddi imkanı yoxdur. Polis əməkdaşı ona qarşı qərəzli davranmışdır, ölkə ərazisində ondan başqa heç kimə belə protokol yazılmamışdır. O, öz telefonunda bu sayta girib oyun oynadığından hesab edir ki, məsuliyyətə cəlb edilməməlidir. Çünki hamı öz telefonuna müxtəlif mobil tətbiqlər yükləyib daxil ola bilər. Sonda bütün bunların nəzərə alınaraq məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin suallarına cavab olaraq, polis leytenantı Sənan Hüseynov tərəfindən təqdim edilən mobil telefonun ona məxsus olduğunu , “PİNCO” saytına girərək oyunlar oynadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 12 yanvar 20216-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15 dekabr 2025-ci il tarixdən başlayaraq “Pinco” online qumar saytına daxil olub kazino oyunu oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mobil telefonun ekran çıxarışlarından görünür ki, istifadəçi 2025-ci ilin dekabr-2026-ci ilin yanvar ayları ərzində “PİNCO” online mərc saytından istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh tətbiq edilərkən inzibati xəta haqqında iş üzrə icraat materialına əsasən müsadirə edilməsi üçün qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirin təklif edilməməsi və iş materialları ilə müəyyən edilməməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(5-166)-58/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-58/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver