Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-60/2026 22.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, Kazımov Amil Zahid oğlunun katibliyi, Yevlax Rayon Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X2 X1 iştirakı ilə, X3 Yevlax rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP seriaylı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2025-ci il 10 dekabr tarixində nəqliyyat vasitəsini idarə etdiyi zaman Yevlax Rayon Polis İdarəsinin X10 Şöbəsinin əməkdaşı tərəfindən saxlanılmış və yol hərəkəti haqqında qanunun tələbinə əsasən hərəkət üstünlüyünə malik olan avtomobillərin hərəkət etdiyi yolda hərəkəti davam etdirmiş, digər tərəfdə DYP avtomobilinin ondan uzaq məsafədə olmasına əmin olaraq hərəkət etmiş, hərəkət üstünlüyü əldə edərək hərəkətini davam etdirib. Yol Patrul avtomobili onu təqib edərək hərəkəti dayandırmağını tələb etmişdir. O, dayandıqdan sonra inspektor yaxınlaşıb hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. Yol polisi əməkdaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində əsassız olaraq İXP7663764 saylı inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis İdarəsinin cavabından narazı qaldığı üçün,xx.xx.2025-ci il tarixli TP7701657 nömrəli inzibati qərardan şikayət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. İnzibatı Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən isə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxan səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis İdarəsi tərəfindən barəsində çıxarılmış xx.xx.2025 tarixli TP7701657 nömrəli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 qərardan şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahat verərək bildirmişdir ki, təqdim edilmiş video görüntüdə də göründüyü kimi, dayandıqdan sonra inspektor yaxınlaşıb əvvəlcə özünü təqdim etmiş, hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. Quliyev Elmir isə öz növbəsində qaydanı pozduğunu etiraf etmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu və onun tərəfindən verilmiş qərarın ləğv edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin və Yevlax Rayon Yol Patrul Xidmətinin əməkdaşının izahatlarını, şikayət ərizəsini, video görüntünü və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax rayon X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:08-də Yevlax şəhəri, 118 H.Əliyev prospektində “VAZ 21074 minik” markalı ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarını pozması nəticəsində X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Yevlax rayon X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 20:08-də Yevlax şəhəri, 118 H.Əliyev prospektində “VAZ 21074 minik” markalı ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi video görüntüyə baxış keçirilmiş, təqdim edilmiş video görüntüdə X4 idarə etdiyi “VAZ 21074 minik” markalı ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə üstünlük hüququnun X7 idarə etdiyi avtomobildə olmasını, qaydanı pozduğunu etiraf edərək hərəkətinin davam etdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayon X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* saylı qərarda X3 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəməyə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən təqdim olunmuş video-görüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “VAZ 21074 minik” markalı ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, şikayətçi X4 hərəkətdə olan zaman düzünə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydalarını pozduğunu etiraf etmiş və İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də, “Yol hərəkəti haqqında qanunun tələbinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edildiyindən dairədə hərəkətdə olan sürücü hərəkət üstünlüyünə malik olmamışdır. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Təqdim edilmiş sənədlərə və video görüntüyə baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X3 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Yevlax rayon X10 Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Yevlax rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* nömrəli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: X3 Yevlax rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriaylı ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ruqiyyə Cəfərova
Məhkəmə qərarları › İş №3(5-166)-60/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-60/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver