Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-76/2026 15.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx.xx.1993-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdə əməklə məşğul olan, Yevlax rayonunun Malbinəsi kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-918/2024 saylı icra sənədindəki tələbi üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 verdiyi izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-918/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs Əskər oğlundan 03 iyun 2024-cü il tarixdən başlayaraq 03 iyun 2024-cü il tarixdən başlayaraq 23 mart 2024-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs Zaur qızına verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş verilmişdir. Borclu ötən icra sənədi üzrə ödənişləri tam etməmiş, sonuncu dəfə 2025-ci ilin noyabr ayında 300 manat ödəniş etmiş və həmin vaxtdan icra sənədini icra etməkdən yayınmışdır. Borclu icra sənədinin icraından yayındığına görə 09 yanvar 2026-cı il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək, icra edilməsi üçün Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu 16 yanvar 2025-ci il tarixdə polis şöbəsinə gəlmiş və polis əməkdaşları tərəfindən saat 09:30-da Yevlax rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borcluya icra sənədi üzrə yaranmış borcu ödəməsi təklif edilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. Hazırda borclunun icra sənədi üzrə tələbkara olan borcu 1415 (bir min dörd yüz on beş) manat təşkil edir. Borclu tərəfindən icra sənədləri icra edilmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, verdiyi izahatında icra sənədinin icrasından yayınmadığını, tələbkar tərəfindən uşağın ona göstərilmədiyini, sonuncu dəfə 2025-ci ilin noyabr ayında ödəniş etdiyini, işsiz olduğunu, buna görə aliment borcunu tam ödəyə bilmədiyini, hazırda fərdi əməklə məşğul olduğunu, vaxt veriləcəyi təqdirdə borcunu tam ödəyəcəyini bildirərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi X4 verdiyi izahtında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-918/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs Əskər oğlundan 03 iyun 2024-cü il tarixdən başlayaraq 03 iyun 2024-cü il tarixdən başlayaraq 23 mart 2024-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs Zaur qızına verilməlidir. Borclu icra sənədini icra etməkdən yayınmış və nəticədə 1415 (bir min dörd yüz on beş) manat borcu yaranmışdır. Borcun tam şəkildə ödənilməsini tələb edir. Hazırda şikayətçidir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı, zərərçəkmiş şəxsin nümayəndəsinin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)- 918/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Əskər oğlundan 03 iyun 2024-cü il tarixdən başlayaraq 03 iyun 2024-cü il tarixdən başlayaraq 23 mart 2024-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs Zaur qızına verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-918/2024 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borcludan icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən Yevlax rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Şəxs yeri Yevlax rayon Polis Əməkdaşları tərəfindən müəyyən edilərək, Yevlax rayon İcra və Probasiya Şöbəsinə təqdim edildiyi üçün onun barəsində olan axtarış işinin dayandırılması xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(061)-918/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs Əskər oğlundan 03 iyun 2024-cü il tarixdən başlayaraq 03 iyun 2024-cü il tarixdən başlayaraq 23 mart 2024-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs Zaur qızına verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər verilmişdir. Borclu icra sənədi üzrə ödənişləri vaxtında ödəməmiş, nəticədə tələbkara hazırkı borcu yaranmış və icra sənədinin icrasından yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Əskər oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını, icra sənədini üzrsüz səbəbdən icra etmədiyini nəzərə alıb onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əskər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs Əskər oğlunun həbsdə saxlama müddətinin əvvəli faktiki saxlanıldığı vaxtdan, yəni 15 yanvar 2026-cı il tarixdən, saat 09:30-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əskər oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(5-166)-76/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-76/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver