Məhkəmə qərarları › İş №3(5-166)-77/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-77/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-77/2026 09.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, məhkəmə iclas katibi Kazımov Amil Zahid oğlunun katibliyi, şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzii Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzii Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X7 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzii Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh qərar qəbul etmişdir. Həmin qərarda deyilir: inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və həmin protokolun yazılmasına səbəb kimi isə vəzifəli şəxs X7 tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi quvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Bununla da X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan xətaların əlamətlərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Vəzifəli şəxs X7 (FİN: 1J7M792) - xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılsın. Qərar və material baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilsin. DƏMX öz növbəsində əsassız olaraq onun 4000 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. O, X3 qərarı ilə razı deyil. Belə ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, təsisçisi kimi «X4” MMC ilə müqavilə əsasında işləmişdir, xx.xx.2025-ci il tarixdən etibarən təsisçilikdən çıxmışdır. Bundan əlavə o, xx.xx.2025-ci il tarixdən də cəmiyyətin direktoru və ya hər hansı idarəedici vəzifəni tutmamışdır. Beləliklə, inzibati xəta haqqında protokolun tərtib edildiyi xx.xx.2025-ci il tarixdən X7 artıq hüquqi şəxsin nə təsisçisi, nə də icraedici orqanı olmuş, əmək münasibətlərinin yaradılması, əmək müqavilələrinin bağlanması və işə qəbul səlahiyyətlərinə malik olmamışdır. Məhkəmə iclasinda şikayətçi X7 şikayətin məzmununa uyğun çixiş edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzii Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir, nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X7 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. İş materiallarina əlavə edilmiş və məhkəmə iclasinda tədqiq edilmiş: 07 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X7 əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) görülməsinə cəlb etmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2026-cı il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin məktubuna əsasən vəzifəli şəxs X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdən «X4” MMC-nin qanuni təmsilçiliyndən çıxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 Xidməti Mərkəzi Aran Regional Şöbəsi vəzifəli şəxs kimi X5 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə nəticəyə gəlsə də, inzibati xəta haqqında iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi faktını müəyyən edərkən X6 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən «X4” MMC-də əmək münasibətlərinin monitorinqi (yoxlaması) zamanı nöqsanın aşkar olunduğu, yəni xx.xx.2025-ci il tarixdə X7 «X4” MMC-nin qanuni təmsilçisi olmamışdır. Deməli, həmin dövrdə X5 işəgötürən kimi heç bir səlahiyyəti olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X7 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzii Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ruqiyyə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar