Məhkəmə qərarları › İş №3(5-166)-95/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-95/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-95/2026 19.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, ali təhsilli, subay, ANAMA-da mühəndis vəzifəsində işləyən, Yevlax rayonu, Malbinəsi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:10 radələrində Yevlax Malbinəsi kəndi ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin sahə rəisi polis kapitanı X3 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə 00:10 radələrində Yevlax rayonu, Malbinəsi kəndində ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydan pozmuş və polisin xidməti vəzifəsini icra etməsinə manel olmuşdur. O, öz əməlinə davam etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, onun niyyəti polisə tabesizlik olmamışdır. Əksinə “Chevrolet Aveo” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü də dayanmağa o və digər sərnişinlər təhrik etmişdir. Əməlindən peşman olmasını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2026-ci il tarixdə saat 00:10 radələrində Yevlax rayonu, Malbinəsi kənd ərazisində xidmətdə olan zaman “Chevrolet Aveo” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozuntusu etdiyi avtomobilin sürücüsünə saxla işarəsinə məhəl qoymayaraq polis əməkdaşlarına xidməti vəzifəsini icra etməsinə mane olmuş, həmin avtomobildə olan digər 3 şəxslə birlikdə Şəxs də sürücünün qaçmasına şərait yaratmış, dəfələrlə onu nizam intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs .01.2026-cı il tarixdə saat 00:10 radələrində Yevlax Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yevlax RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı Yusif Quliyev tərəfindən rəhbərliyinə ünvanlanmış xx.xx.2026-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2026-ci il tarixdə saat 00:10 radələrində Yevlax rayonu, Malbinəsi kənd ərazisində xidmətdə olan zaman “Chevrolet Aveo” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozuntusu etdiyi avtomobilin sürücüsünə saxla işarəsinə məhəl qoymayaraq polis əməkdaşlarına xidməti vəzifəsini icra etməsinə mane olmuş və dəfələrlə onu nizam intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Bu zaman onu həmin şəxsi saxlayaraq Yevlax RPŞ-nə gətirmişlər. İnzibati qaydada tutma haqqında” 18 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:30-da inzibati qaydada tutulmuşdur. 162 №-li, xx.xx.2026-cı il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcəli sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özününü izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran hallar kimi sərxoş halda törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar