Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(5-167)-17/2026 28.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X4 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5209/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 1760 manat aliment borcunun ödəmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X8 izahatında göstərmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5209/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 31 oktyabr 2019cu il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanması üçün X1 hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclunun hazırda 1760 manat borcu qalmışdır. Protokol məhkəməyə təqdim edildikdən və məhkəmə iclasını təxirə salınaraq borcluya aliment borcunun ödənilməsi üçün vaxt verildikdən sonra borclu tələbkara ümumilikdə 1320 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, hazırda yaranmış 1760 manat aliment borcunun 1320 manatını ödəmişdir. Qalan borcunu da ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs tərəfindən ödəniş edilməsini nəzərə alaraq əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, cavabdeh Şəxs Rasul oğlu tərəfindən azyaşlı övladı Murad Surxayev üçün aliment ödənişləri ilə bağlı xx.xx.2026-cı il tarixində təqdim etdiyi ərizəsindən sonra ödənişlərin vəziyyətində qismən dəyişiklik olmuşdur. Belə ki, cavabdeh tərəfindən 6 ay müddətində qərəzli şəkildə ödənilməyən aliment ödənişləri həyata keçirilmiş, lakin həmin ödənişlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001 )-5209/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 220 (iki yüz iyirmi) manat məbləği əsasında edilmişdir. Halbuki 01 yanvar 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bir uşaq üçün minimum aliment məbləği 246 (iki yüz qırx altı) manat təşkil edir. Eyni zamanda bildirir ki, cavabdeh tərəfindən 1 ay üzrə aliment ödənişi ümumiyyətlə həyata keçirilməmişdir. Bununla yanaşı, ödənilmiş 6 ay üzrə aliment məbləği də qüvvədə olan minimum aliment məbləğinə uyğun olmadığından, cavabdeh tərəfindən aliment öhdəliyi tam və düzgün icra edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən ödənilmiş aliment məbləğləri ilə qanunvericiliyə uyğun olaraq ödənilməli olan aliment məbləği arasındakı fərqin, habelə ödənilməmiş 1 ay üzrə aliment məbləğinin artırılmış minimum aliment məbləği - 246 manat əsasında yenidən hesablanaraq cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5209/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 31 oktyabr 2019-cu il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanması üçün X1 hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5209/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunun əhəmiyyətli hissəsini, yəni 1320 manatı tələbkara ödəmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə (qəbzlə) də öz təsdiqini tapır. Həmçinin məhkəmə zərərçəkmiş şəxsin ərizəsinə qiymət verərək bildirir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5209/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcludan hər ay 220 manat aliment ödənişi tutulmalıdır. Əgər tələbkar 246 manat alimentin tutulmasında maraqlıdırsa, müvafiq qaydada aliment artırılmasına və icra icraatı qaydasında aliment məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(5-167)-17/2026
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(5-167)-17/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver