Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(5-167)-173/2026 23.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X1, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu Yol patrul xidməti baş inspektoru, polis serjantı X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - 1973-cü il dekabr ayının 19-da Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, eyni xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 333.3 cü maddələri ilə Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2026-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 08 yanvar 2026-cı il tarixdə saat 19 radələrində sürücü Şəxs İsıamoviç yüngül dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi «Daewoo Prince» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala şəhəri Nizami küçəsində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin l-ci hissəsinin 3-cü bəndinin «yol hərəkətinin iştirakçıları yol harəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» və 45-ci maddəsinin 1-ci hissəsinin «Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə həm də yolun hərəkət hissəsində icazə verilməsini, eləcədə yaşayış zonasında piyadalara üstünlük verilməsinin tələblərini pozmaqla yolun sağ kənarında dayanmış halda olan «VAZ-21144» markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına yük yerləşdirən avtomobilin yiyəsi piyada Zərərçəkmiş şəxs və həmin avtomobilin sol arxa qapısını vurmuş, nəticədə sonuncu sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almışdır. Yol-nəqliyyat hadisəsində sonra sürücü Şəxs-İslamoviç hadisə yerindən yayınmışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 08 yanvar 2026-cı il tarixdə saat 19 radələrində Zaqatala şəhəri Nizami küçəsində sürücü Şəxs idarə etdiyi «Daewoo Rrince» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada Zərərçəkmiş şəxs və sonuncuya məxsus avtomobili vuraraq yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Nəticədə piyada Zərərçəkmiş şəxs bədən xəsarəti alaraq Zaqatala RMX-na müraciət etməsi barədə Zaqatala RPŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Zaqatala şəhəri Nizami küçəsində piyadanın vurulduğu yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, sxem tərtib olunmuş, foto şəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir.Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 08 yanvar 2026-cı il tarixdə saat 19 radələrində sürücü Şəxs İsıamoviç yüngül dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi «Daewoo Prince» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala şəhəri Nizami küçəsində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin l-ci hissəsinin 3-cü bəndinin «yol hərəkətinin iştirakçıları yol harəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» və 45-ci maddəsinin 1-ci hissəsinin «Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə həm də yolun hərəkət hissəsində icazə verilməsini, eləcədə yaşayış zonasında piyadalara üstünlük verilməsinin tələblərini pozmaqla yolun sağ kənarında dayanmış halda olan «VAZ-21144» markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına yük yerləşdirən avtomobilin yiyəsi piyada Zərərçəkmiş şəxs və həmin avtomobilin sol arxa qapısını vurmuş, nəticədə sonuncu sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almışdır. Yol-nəqliyyat hadisəsində sonra sürücü Şəxs-İslamoviç hadisə yerindən yayınmışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2026-cı il tarixli qərarla cinayət işi başlanmasının rədd edilmiş və onun barəsində xx.xx.2026-ci il tarixdə İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o özünü təqsirli bilir. Hərəkətindən peşmandır. Boynuna düşəni etməyə hazır olduğunu bildirir və barəsində yüngül tənbeh növünün tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 çıxış edərək Şəxs vəziyyətini nəzərə alaraq yüngül tənbeh növünün tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 08 yanvar 2026-cı il tarixdə saat 19 radələrində Zaqatala şəhəri Nizami küçəsində sürücü Şəxs idarə etdiyi «Daewoo Rrince» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu və ona məxsus s avtomobili vuraraq yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Onun həm səhhətinə həm əmlakına zərər dəymişdir. O sağlamlığına və əmlakına vurulmuş zərərin tam ödənilməsini və Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Zaqatala RMX-nın 08 yanvar 2026-cı il tarixli 88 nömrəli protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda yer alan məhkəmə tibbi ekspertiza Pataloji Anatomiya Birliyi X5 xx.xx.2026-cı il tarixli 20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər burnunda sıyrıq izi, sol dirsək oynağında deşilmiş yara, sağ aşağı ətrafında böyük ölçülü qançır - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX PHŞ-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2026-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Avtomobillərin texniki xidmət sexi”nin xx.xx.2026-cı il tarixli 179 nömrəli arayışından görünür ki, baş vermiş avto qəza zamanı “VAZ-21144» markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs 585 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında qərarı nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 333.3-cü maddələridə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 333.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin xətalardan daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs əməlini səmimi etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə ona görə də hesab edir ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin onun xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozması halının olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 333.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №3(5-167)-173/2026
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(5-167)-173/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver