Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(5-167)-23/2026 28.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X15 qızının katibliyi, Şikayət verən şəxs X6 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin DYPB YPX inspektoru, polis baş serjantı X3 iştirakları ilə, Şikayət verən şəxs X6 Zaqatala Rayon Polis Şöbəsinin DYPB, polis kapitanı X12 tərəfindən tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati qərar ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X9 şikayət ərizəsində göstərmişdir ki, 13 yanvar 2026-cı il tarixində Zaqatala RPŞ-nin DYP bölməsi tərəfindən barəsində inzibati xəta haqqında protokol (İXP 7738743) tərtib edilmiş, sonradan həmin protokol əsasında guya sərxoş halda nəqliyyat vasitəsini idarə etməyi iddiası ilə qərarla(TP 7765344) inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin protokol və qərar qanunsuz və əsassızdır. Göstərilən tarixdə o avtomobili idarə etməmişdir. Avtomobil hərbi xidmətin çağırış məntəqəsinin yaxınlığında dayanacaq vəziyyətində olmuşdur. O avtomobildə yalnız musiqiyə qulaq asırdı. Avtomobilin hərəkətdə olması ilə bağlı heç bir fakt, sübut və ya şahid mövcud deyil. Hadisənin faktiki halları ondan ibarətdir ki, 13 yanvar 2026-cı il tarixdə saat 04 radələrində həmkəndlisi və dostları X4, Herayev Zaur və Əli adlı şəxs ilə birlikdə digər dostu X11 hərbi xidmətə yola salmaq məqsədilə çağırış məntəqəsinin yerləşdiyi əraziyə gəlmişdirlər. Gəldikləri VAZ 2106 markalı ** EP *** nömrəli maşını Cəbrayıl sürmüşdü. Çünki maşın onun adına olsa da o sərxoş olmuşdur. İçlərində tək spirtli içki içməyən Cəbrayıl idi. Cəbrayıl və Əli maşından düşüb hərbi çağırış olan bina tərəfə getdilər. O isə Herayev Zaurla birlikdə avtomobilin yanında qalmışdır. Hava qaranlıq olduğundan o avtomobilin sürücü tərəfinə keçmişdir. Zaur isə ön sərnişin oturacağında əyləşmişdir. Avtomobil hərəkətsiz vəziyyətdə dayanacaqda idi. O, yalnız musiqiyə qulaq asmaq məqsədilə avtomobilin ön oturacağında oturmuşdur və həmin vaxt musiqinin səsini yüksək qoymuşdur. Eyni zamanda o pivə içirmiş. Lakin avtomobili idarə etmirmiş. Bu zaman PPX əməkdaşları bizə yaxınlaşaraq musiqinin səsini azaltmağını tələb etdilər. İlk anda tələbi yerinə yetirməsə də sonradan heç bir müqavimət göstərməmişdir. Buna baxmayaraq, PPX əməkdaşları həm onu, həm də Herayev Zauru polis şöbəsinə apardılar. Maşınını da şöbənin duracağına yerləşdirdilər. Saat təxminən 10 radələrində polis şöbəsində olduğu vaxt onun yanına DYP əməkdaşı gətirildi. Onu şöbəyə gətirən şəxs DYP əməkdaşına əsassız olaraq onun guya sərxoş vəziyyətdə avtomobil idarə etdiyini ona bildirdi. O bu iddiaya qəti etiraz etsə də DYP əməkdaşı sözlərini nəzərə almayaraq barəsində inzibati protokol tərtib etdi və protokola qol çəkməyini tələb etdi. Mən protokolla razılaşmadığım üçün onu imzalamadım. Bundan sonra onu buraxdılar və mən polis şöbəsini tərk etdim. Avtomobilin duracaqdan çıxarılmasını tələb etdim. Bu zaman DYP əməkdaşı ona bir neçə sənəd təqdi edərək bunların guya "təhvil-təslim sənədləri" olduğunu bildirdi və avtomobili götürə bilməyi üçün həmin sənədlərə qol çəkməyini istədi. O da sənədlərin mahiyyəti izah edilmədən və inzibati məsuliyyət barədə məlumat verilmədən onlara imza atmışdır. Sonra da avtomobili dayanacaqdan çıxartdıq. Sonradan isə ona məlum oldu ki, barəsində guya sərxoş halda avtomobil idarə etməyə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Protokol tələb edib götürəndən sonra ona məlum olmuşdur ki, ona qarşı ittiham İXM-in 327.1, 342.5 və 333.1-ci maddələri ilə bağlıdır. Lakin bildirir ki, həmin maddələrin tətbiqi üçün onun tərəfindən nəqliyyat vasitəsinin faktiki idarə edilməsi mövcud deyildir. 17 yanvar 2026-cı il tarixdə qərarı əldə etdikdə ona məlum oldu ki, DYP əməkdaşı guya onun avtomobili idarə etdiyi iddiası ilə barəsində inzibati məsuliyyət tətbiq edibdir. Xüsusilə qeyd edir ki, protokol tərtib edilərkən onun etirazı və izahatı nəzərə alınmamış, şifahi izahatı protokol hissəsində əks etdirilməmişdir. Bu isə inzibati icraatın obyektivliyini tam şəkildə aradan qaldırır. Məhkəmə iclası zamanı şikayət verən şəxs X9 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il traixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq ilk öncə qeyd etdi ki, o, spirtli içki qəbul etsə də, avtomobili idarə etməmişdir, sadəcə sükan arxasında oturmuşdur. Məhkəmə iclası zamanı Zaqatala Rayon Polis Şöbəsinin DYPB YPX inspektoru, polis baş serjantı X8 bildirmişdir ki, hadisədən sonra X9 tərəfindən verilmiş izahatda o içkili olduğunu və bu vəziyyətdə avtomobil idarə etdiyini etiraf etmişdir. Onun sərxoşluq vəziyyəti də yoxlanarkən spirtli içki qəbul etməsi təsdiq edilib. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X9 xx.xx.2026-ci il tarixdə idarə etdiyi VAZ2106 minik markalı ** EP *** dövlət nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobillə saat 10:44-də Zaqatala şəhəri F.Əmirov yerləşdiyi ərazidə saxlanılmışdır. O, spirtli içki qəbul etdiyi üçün yoxlanılması üçün polis şöbəsinə dəvət olunmuş və onun idarə etdiyi avtomobil saxlanc üçün Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra onun sərxoşluq vəziyyəti yoxlanılmış və yüngül dərəcəli sərxoş olduğu aşkar edilmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin inspektoru, polis serjantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2026-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol onu tərtib edən şəxs tərəfindən imzalanmışdır. X9 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında xx.xx.2026-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X7 yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu şikayət ərizəsinə əlavə etməmiş və o, öz mövqeyini şikayətində göstərdiyi bir neçə hallarla əsaslandırmışdır. Onun şikayətinin dəlilləri ondan ibarətdir ki, inzibati xəta tərkibi olmadan polisin mülahizəsi əsasında onun barəsində protokol tərtib edilmiş və o alkoqollu vəziyyətdə avtomobil idarə etməmiş, dayanmış vəziyyətdə ona inzibati xəta haqqında protokol tərtib edilmişdir. İzahatında isə göstərmişdir ki, o, sərxoş vəziyyətdə avtomobili idarə etsə də, polis əməkdaşı onu içkili vəziyyətdə avtomobil idarə edərkən saxlamamış, o yol kənarında avtomobildə sükan arxasında oturduğu halda polis əməkdaşları onun barəsində protokol tərtib etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, X9 idarə etdiyi VAZ2106 minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2026-cü il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində yol hərəkəti qaydasını pozduğundan və onun sərxoş olmasına dair şübhələr olduğundan o saxlanılmış və keçirilmiş müayinə nəticəsində onun sərxoş olduğu aşkar edilmişdir. Sürücünün sərxoş olması onun öz izahatı və müayinə aktı ilə təsdiq edilir. Şikayətçi hər nə qədər avtomobili idarə etdiyini polis əməkdaşlarının görmədiyini və avtomobilin dayanmış vəziyyətdə olmasını bildirsə də, məhkəmə onun bu dəlilini əsaslı saymır və hesab edir ki, özünün etirafedici izahatı, onun sükan arxasında olması onun bu dəlilini əsassız edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə şikayətin yuxarıda qeyd edilən dəlillərini ümumilikdə əsassız hesab edir və həmin dəlilləri inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərdən də görünür ki, X9 barəsində İXM-nin 333.1-ci maddəsi ilə tərtib ediləcək protokol ilə bağlı heç bir etiraz etməmişdir. Həmçinin iş materialllarına əlavə edilmiş “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə” barədə protokoldan görünür ki, X1 spirt qoxusunun gəlməsi səbəbindən ona məxsus VAZ2106 minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zaqatala RPŞnin DYPB-nin duracağına yerləşdirilmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, şikayət verən şəxsin özünün izahatı və protokol tərtib edən şəxsin izahatı ilə yanaşı, işdə olan sübutlarla da X6 xx.xx.2026-ci il tarixdə, idarə etdiyi VAZ2106 minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 əməlində İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Göstərilən əsaslarla məhkəmə ümumilikdə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 “Zaqatala Rayon Polis Şöbəsinin DYPB, polis kapitanı X12 tərəfindən xx.xx.2026cı il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(5-167)-23/2026
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(5-167)-23/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver