Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(5-167)-47/2026 22.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X3, Zaqatala rayon prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri X2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Zaqatala şəhəri, X15 küçəsi, ev 15 ünvanında qeydiyyatında olmaqla, Zaqatala şəhəri, Nizami küçəsi, ev 25A ünvanda yaşamış, ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar X1 həbsdə saxlanılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X6 xx.xx.2026-cı il tarixli, 03-İNZ-26 (26-1-2-2-460-0003) nömrəli qərarına əsasən xx xxxx 1991 -ci ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, X15 küçəsi, ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda ********* nömrəli cinayət işi üzrə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar X1 həbsdə saxlanılan fiziki şəxs Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Prokurorluğu tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi aqatala rayon prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, fiziki şəxs Şəxs 20 oktyabr 2025-ci il tarixdə saat 02:00-07:00 aralığında Zaqatala şəhəri ərazisində tanışı X5 istifadəsində olan, X9 məxsus, 2009-cu ilin istehsalı göy-qara metalik rəngli “BMW 535 Xİ” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edilmiş, çəkisinin və növünün istintaq yolu ilə müəyyənləşdirilməsi mümkün olmayan narkotik vasitə istehlak etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şəxs və X5 ifadələri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və üzləşdirmə haqqında protokollar, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə sübut olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, son zamanlar yalnız spirtli içkilər qəbul etmişdir, narkotik vasitə istifadə etməmişdir. Onun hadisə zamanı narkotik vasitə istifadə etməsini təsdiq edən hər hansı sübut da mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 məhkəmə iclası zamanı çıxış edərək Şəxsin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2026-cı il tarixli, 11 saylı rəyindən görünür ki, o, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən siu-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübuta yetirilməmişdir. Belə ki, Şəxs və X7 istintaq zamanı verdikləri ifadələrində, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və üzləşdirmə haqqında protokollarda İskəndər Musayevlə birlikdə hər üçünün narkotik vasitə qəbul etdiklərini etiraf etsələr də, bunu təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2026-cı il tarixli, 11 saylı rəyindən Şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi qeyd edilsə də, hadisə zamanı narkotik vasitəni istehlak etməsi və narkotik vasitənin təsiri altında olması göstərilməmişdir. Bununla da nəyinki istehlak edilmiş narkotik vasitənin növü və miqdarı, ümumiyyətlə Şəxs tərəfindən həmin vaxt hər hansı narkotik vasitənin istehlak edilib-edilməməsi sübuta yetirilməmiş, istintaq orqanı şəxsin ibtidai istintaq zaman verdiyi etirafedici ifadəsi ilə kifayətlənimişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Göründüyü kimi, bu maddənin tərkibi narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi halında yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən narkotik vasitənin istehlak edilməsi öz təsdiqini tapmamışdır. Onun narkotik vasitə istehlak etməsinə dair yalnız şübhələr mövcudur ki, bu şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(5-167)-47/2026
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(5-167)-47/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver