Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(5-167)-64/2026 09.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 iştirakları ilə, xx.xx.1993-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Zaqatala şəhəri, Azərbaycan pr,96, 1 ünvanında qeydiyyatda olan və Zaqatala rayonu, Birinci Tala kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zaqatala Rayon Məhkəməsinin e-2(033)-462/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2(033)-1130/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2(033)-1343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə yaranmış ümumilikdə 16 592,55 manat borcunun ödəmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 26 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X4 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-462/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “X7” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9795.35 manat, e-2(033)-1130/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2709 manat, e- 2(033)-1343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən isə Zərərçəkmiş şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin xeyrinə 4088.20 manat Şəxs tutularaq ödənilməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclunun hazırda 16592.55 manat borcu qalmışdır. Protokol məhkəməyə təqdim edildikdən və məhkəmə iclasını təxirə salınaraq borcluya borcunun ödənilməsi üçün vaxt verildikdən sonra borclu “X7” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 500 manat, Zərərçəkmiş şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin xeyrinə isə 500 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, özü idmançıdır, həmçinin əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar Müəssisəsində nəzarətçi vəzifəsində işləmişdir. Lakin səhhətində yaranmış problemlərlə bağlı işdən çıxmalı olmuşdur. Həmçinin ailəsində müəyyən maddi problemlər olmuşdur. Evlərini satmalı olmuşdurlar. O borcun ödənilməsindən yayınmır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə etdiyi mütəmadi ödənişlər, həmçinin onlar tərəfindən məhkəməyə təqdim edilmiş məktub bu halı təsdiq edir. Hazırda “X7” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 500 manat, Zərərçəkmiş şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin xeyrinə isə 500 manat ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 çıxış edərək Şəxs tərəfindən ödəniş edilməsini nəzərə alaraq əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, borclu Şəxs cəmi 4198.37 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bugünə qalıq borcu 2709 manat təşkil edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-462/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “X7” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9795.35 manat, e-2(033)-1130/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2709 manat, e-2(033)-1343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən isə Zərərçəkmiş şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin xeyrinə 4088.20 manat Şəxs tutularaq ödənilməlidir. Qeyd edilən icra vərəqələri 05 yanvar 2026-cı il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Zaqatala Rayon Məhkəməsinin 2(033)-462/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2(033)-1130/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2(033)-1343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməli olan 4198.37 manat borcun 1489,37 manat hissəsini ödəmiş, həmçinin protokol məhkəməyə təqdim edildikdən və məhkəmə iclası təxirə salınaraq borcluya borcunun ödənilməsi üçün vaxt verildikdən sonra borclu “X7” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 500 manat, Zərərçəkmiş şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin xeyrinə isə 500 manat ödəniş etmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə (qəbzlərlə) də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(5-167)-64/2026
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(5-167)-64/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver