Məhkəmə qərarları › İş №3(5-167)-83/2026

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(5-167)-83/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(5-167)-83/2026 17.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 Əli qızının katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaı törətməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni ödəməmiş və cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı X2 tərəfindən xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən iş üzrə toplanmış materialın kifayət olması qənaətinə gələrək, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə araşdırılmasında tam sübuta yetirilmişdir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin dispozisiyasında müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə «TOYOTA COROLLA» minik markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsini tələblərini pozmaqla idarə etmiş, buna görə barəsində xx.xx.2025-ci il tarixli EQ seriyalı 29961617 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat inzibati cərimə edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 29961617 nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 30 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 80 manat təşkil etmişdir. Azərbaycan Respublikası İXM-in 150.11-ci maddəsində müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Bununla da təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, məhkəmə ona Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati tənbeh tədbiri olan 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasının tətbiqini qanuni, əsaslı, ədalətli və məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 40, 48- 51, 114, 128-130-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar