Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(5-168)-1/2026 19.01.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon prokurorunun köməkçisi X10 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar üzrə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, vəzifəli şəxs - “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X1 rayonu, Ağbənd qəsəbəsi ərazisində 2 nömrəli tunelin içərisində kabel və s.çəkilməsi üçün nəzərdə tutulmuş kanalın üzərinə qoyulmuş beton qapağın dayanıqlı vəziyyətini təmin etmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ- 4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 12.12-ci bəndinin tələblərini pozmuş və həmin şirkətdə yolsaian maşın operatoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs Haydar oğlunun dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol ayaq pəncəsinin əzilməsi və hematoması ilə müşayiət olunan, sol ayaq pəncəsinin İİ daraq sümüyünün sınığı xəsarəti almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs Haydar oğlu, X6 və Şahid izahatları, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Füzuli regional Məhkəmə- X9 xx.xx.2025-ci il tarixli, 1439 nömrəli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8241 nömrəli ekspert rəyləri ilə təsdiq edilir. Araşdırma zamanı Zərərçəkmiş şəxs Haydar oğlu rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-ci il tarixdən etibarən “Kalyon RSY” şirkətində asfalt sərən texnika operatoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 12:30- 13:00 radələrində Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində avtomobil yolu 2 nömrəli tunelin içərisində işləyərkən tunelin içərisində yerləşən kabel və s. çəkilməsi üçün nəzərdə tutulmuş, təxminən 50-70 sm dərinliyində olan kanalın üzərində yerləşən beton qapağın üzərinə çıxmış və beton qapağın kanala düşməsi ilə o da kanala yıxılmış və həmin beton sol ayağının üzərinə düşmüşdür. O, ayağındakı ayaqqabını çıxarıb ayağının şişdiyini görmüşdür. Hadisə ilə bağlı ona dərhal kömək göstərilmiş, ilk olaraq şirkətin tibb məntəqəsinə, daha sonra isə tibbi müayinə və müaicə üçün həmin gün şirkətin təcili tibbi yardım avtomobili ilə X16 Xəstəxanasına aparılmışdır. Onun tərəfindən görülən işlərə nəzarəti briqada nəzarətçisi Süleyman Cerit həyata keçirir, habelə işlə bağlı göstərişlər sonuncu tərəfindən verilir. Araşdırma zamanı X6 və Şahid rayon prokurorluğuna Zərərçəkmiş şəxs Haydar oğlu ilə eyniməzmunlu izahat vermişlər. “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən rayon prokurorluğuna təqdim edilmiş, X5 məxsus əmək müqaviləsindən görünür ki, sonuncu həmin şirkətdə briqada nəzarətçisi vəzifəsində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Füzuli regional Məhkəmə-X9 xx.xx.2025-ci il tarixli, 1439 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs Haydar oğlunun aldığı sol ayaq pəncəsinin əzilməsi və hematoması ilə müşayiət olunan, sol ayaq pəncəsinin İİ daraq sümüyünün sınığı xəsarətinin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində və şəxsin göstərdiyi müddətdə və şəraitdə yetirilməsinin inkar olunmaması və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8241 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində 2 nömrəli tunelin içərisində kabel və s. çəkilməsi üçün nəzərdə tutulmuş kanalın üzərinə qoyulmuş beton qapağın dayanıqlı vəziyyəti təmin edilmədiyinə görə, kanalı inşa edən təşkilatın (qurumun və s.) vəzifə təlimatına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 12.12-ci bəndinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların 114-C-25 nömrəli material üzrə rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati icraatı rədd edən halların olmamasıdır. 114- C-25 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Haydar oğlunun aldığı xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər qrupundan olduğundan, material üzrə hər hansı cinayət tərkibinin olması təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələblərinə görə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Belə ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri- dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulması inzibati xətasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 43-cü maddəsinə görə, həmin Məcəllənin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Odur ki, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X3 barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Zəngilan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Zəngilan rayon prokurorunun köməkçisi X13 inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edib, qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cerit Süleyman briqada köməkçisidir, nəzarət edən şəxsdir, xəsarət alan Bozkurt Kənan isə operatorudur. Xəsarət alan tuneldə işlədiyi vaxt beton qalıqlar olur onun sağlamlığını yoxlamamışlar. Sonda qərarı tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən inzibati xəta törətmiş şəxs X5 maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs, zərərçəkmiş şəxs və şahidlər məhkəmə iclaslarnın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayraq, onlar məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, İş materiallaırnda olan «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8241 nömrəli ekspertiza rəyindən görünür ki, Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində 2 nömrəli tunelin içərisində kabel və s. çəkilməsi üçün nəzərdə tutulmuş kanalın üzərinə qoyulmuş beton qapağın dayanıqlı vəziyyəti təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 12.12-ci bəndinin tələbləri kanalı inşa edən təşkilatın (qurumun və s.) vəzifə təlimatına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırmalarla istintaq tərəfindən müəyyən edilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, X12 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Füzuli regional Məhkəmə-X9 xx.xx.2025-ci il tarixli, 1439 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Haydar oğlunun aldığı xəsarət-sol ayaq pəncəsinin əzilməsi və hematoması ilə müşayiət olunan, sol ayaq pəncəsinin İİ daraq sümüyünün sınığı xəsarətinin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi müddətdə və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs - “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X1 rayonu, Ağbənd qəsəbəsi ərazisində 2 nömrəli tunelin içərisində kabel və s.çəkilməsi üçün nəzərdə tutulmuş kanalın üzərinə qoyulmuş beton qapağın dayanıqlı vəziyyətini təmin etmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 12.12-ci bəndinin tələblərini pozmuş və həmin şirkətdə yolsalan maşın operatoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs Haydar oğlunun sol ayaq pəncəsinin əzilməsi və hematoması ilə müşayiət olunan, sol ayaq pəncəsinin İİ daraq sümüyünün sınığı ilə nəticələn sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Bununla da, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xətanın X6 tərəfindən törədilməsi zərərçəkmiş şəxs, şahid ifadələri ilə, həmçinin ekspert rəyləri ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ciümaddəsi ilə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(5-168)-1/2026
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(5-168)-1/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver