Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(5-168)-14/2026 16.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəngilan Rayon X4 X5 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət eədərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəngilan Rayon X4 X5 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin balansında olan **-PR-*** dövlət nömrə nişanlı «Great WALL Wingle 7» minik markalı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmiş, xx.xx.2026-ci il tarixdə saat 19 radələrində Zəngilan rayonu, Ağıllı kənd ərazisində Azvirt MMC-in düşərgəsindən Zəngilan hava limanı istiqamətində yeni çəkilmiş yolun sağ hissəsi təmirlə əlaqədar olaraq bağlı olduğu üçün (yol təmirlə əlaqədar olaraq istismara verilməyib, heç bir yol nişanı yoxdur) yolun sol hissəsi ilə hərəkət edən zaman Zəngilan RPŞ-ə məxsus olan AP dövlət nömrə nişanlı pikap tipli avtomobildən düşən polkovnik-leytenant rütbəli ( YPX əməkdaşı deyildi, avtomobil də YPX-ə məxsus avtomobil deyildi) polis əməkdaşı onu saxlamış, təklükəli şərait yaratmasını deyərək sənədlərinin şəklini mobil telefonla çəkib getmişdir. Sonradan mobil tətbiqdə onun adına İXM-in 327.2-ci maddəsi ilə 100 manat cərimə yazıldığını görmüşdür. 12 yanvar 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protkol və 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, guya, o, idarə etdiyi **-PR-*** dövlət nömrə nişanlı «Great WALL Wingle 7» minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2026-ci il tarixdə saat 19:35-də Zəngilan rayonu, Birinci Ağalı kəndi, 6-cı küçə ərazisində “giriş qadağandır” nişanının tələbini pozaraq İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir.Əslində isə o, ümumiyyətlə həmin gün qərarda və protokolda qeyd olunan Zəngilan rayonu, Birinci Ağalı kəndi, 6-cı küçə ərazisində olmamış, polis əməkdaşlarının onu saxlatdığı ərazi ilə həmin ərazi arasında təxminən 10 km məsafə vardır. 12 yanvar 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protkola, həmçinin 12 yanvar 2026-cı il tarixli TP7763471 nömrəli inzibati tənbeh vermə haqqında qərara inzibati xətanın törədilməsi, hansı ərazidə törədilməsi ilə əlaqədar fotoşəkilllər əlavə edilməmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan rayonunda işlədiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və Zəngilan rayon X4 X5 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli qərarını ləğv edərək inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alıb, işə şikyətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaenı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 «Taha İnşaat” MMC-yə məxsus olan **-PR-*** dövlət nömrə nişanlı «Great WALL Wingle 7» minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2026-ci il tarixdə saat 19 radələrində Zəngilan rayonu, Ağıllı kənd ərazisində "xxxx" MMC-nin düşərgəsindən Zəngilan hava limanı istiqamətində yeni çəkilmiş yolun sağ hissəsi təmirlə əlaqədar olaraq bağlı olduğundan yolun sol hissəsi ilə hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, ona təklükəli şərait yaratması bildirmiş, 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 barəsində tərtib edilmiş həmin qərarla razılaşmasa da, qərarın ləğvi üçün əsas ola biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəngilan Rayon X4 X5 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəngilan Rayon X4 X5 «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hallar olmadığından qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəngilan Rayon X4 X5 «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 12 yanvar 2026-cı il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(5-168)-14/2026
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(5-168)-14/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver