Məhkəmə qərarları › İş №3(5-168)-31/2026

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(5-168)-31/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(5-168)-31/2026 23.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Ağasəf qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Ağasəf qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərini pozması barədə material adiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulan subeykt tərəfindən X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın icrası X1 əmək haqqından 1200 manat inzibati cərimə tutulması vəzifəli şəxs Şəxs Ağasəf qızı tərəfindən icra edilməmiş, nəticədə vəzifəli şəxs olan Şəxs Ağasəf qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar vəzifəli şəxs Şəxs Ağasəf qızı tərəfindən icra edilməmiş, nəticədə Şəxs Ağasəf qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şəxs Ağasəf qızı ilə X2 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X2 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətində texniki şöbə üzrə rəhbər vəzifəsinə təyin edilmişdir. -İş materialarında olan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulumş inzibati xətanı törətdiyinə görə 1200 manat məbləğində inzibai cərimə olunmuşdur. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şəxs Ağasəf qızına göndərilmiş xx.xx.2025-ci il tarixli 3- 17-5/2-108625/2025 nömrəli məktubun məzmunudan aydın olur ki, X2 barəsində tərtib edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli xx.xx.2025ci il tarixli qərar icra olunması üçün göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib hesab edir ki, vəzifəli şəxs Şəxs Ağasəf qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərini pozduğundan, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şəxs Ağasəf qızı ilə X2 arasında bağlanmış əmək müqaviləsinə əsasən, X2 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətində texniki şöbə üzrə rəhbər vəzifəsinə təyin edilmiş, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsinin tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən 1200 manat məbləğində şərti olaraq inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair 15 sentyabr 2025- ci il tarixli MN ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmiş, qərar onun işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, lakin qərar cəmiyyətin rəhbəri Şəxs Ağasəf qızı tərəfindən qərarın icrası ilə əlaqədar tədbirlər həyata keçirilməmiş, hətta qərarın icrası ilə bağlı göndərilmiş məktuba heç bir münasibət bildirilmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını nəzərə alıb hesab edir ki, vəzifəli şəxs Şəxs Ağasəf qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Ağasəf qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar