Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(5-168)-5/2026 15.01.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X3 iştirakları ilə, xx.xx.1970-ci ildə Ağcəbədi rayoun, Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «Protean Construction» şirkətində sürücü işləyən, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, E.Atakişiyev küçəsi, ev 30-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə Zəngilan rayonu, Atğalı kəndində ictimai yerdə ictimai qaydanı pozan, ünvansız nəlayiq ifadələr işlətməklə fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Zəngilan rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, izahatında bildirmişdir ki, Şəxs xx.xx.2026-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində Ərik bağları adlanan ərazidə xidmət aparan zaman PPXBnin əməkdaşları **-JU-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı avtomobilə saxla əmri vermiş, lakin o, məhəl qoymayıb hərəkətə davam etmişdir. Bu zaman o, xidmət apardığı **- YP-*** dövlət qeydiyyat nişanlı YPX avtopatrulu ilə həmin maşının arxasıyla gedərək onu saxlatmış və maşında olan nasazlığı deyib duracağa təmin olunmasını bildirmişdir. Həmin şəxsdən avtomobildən düşməsini və sənədləri təqdim etməsini tələb etmiş, lakin o, maşından düşməyəcəyini bildirmişdir. Ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, şəxs onun qanuni tələbinə tabe olmamış və öz əməlinə davam etmişdir. Bundan sonra o, hadisə yerinə kömək üçün PPX əməkdaşlarını çağırmış, onlarında gəlməsinə baxmayaraq, şəxs yenədə polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra PPX əməkdaşlarının köməyi ilə həmin şəxsi maşından düşürüb Zəngilan rayon Polis Şöbəsinə gətirmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bu maddə ilə özünü təqsirli bilməyərək, göstərmişdir ki, təxminən 8 aya yaxın müddətdir ki “Protean Construction” şirkətinin Zəngilan rayonunda yerləşən filialında sürücü işləyir. xx.xx.2026-cı il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi “Protean Construction” şirkətinə məxsus “Hovo” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zəngilan rayonu, Zəngilan şəhəri ərazisində hərəkətə başlamış, Qubadlı rayonundan material götürməyə gedirmişdir. Həmin tarixdə saat təxminən 10:30 radələrində Ağalı kəndi istiqamətində hərəkətdə olarkən nömrə nişanını dəqiq xatırlamadığı “Toyota Prius” markalı avtomaşın onun qarşısında saxlamış və sürücü Şəmil adlı şəxs maşından düşərək onu sıxışdırmış, o, da idarə etdiyi yük maşının şüşəsini endirib Şəmilə nalayiq ifadələr işlətməmişdir. Həmin tarixdə saat 10:40-da radələrində Zəngilan rayonu, Ağalı kəndi yaxınlığında yerləşən “Ərik bağları” adlanan ərazidə xidmətdə olan polis əməkdaşları yolu kəsmiş, müvafiq yoxlama aparmaq məqsədi ilə onun idarə etdiyi nəqliyyat vasitəsini irəlidə yolun sağında saxlamalı olduğunu və sənədlərini təqdim etməli olmasını bildirmişlər. O, buna məhəl qoymamış, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq iadrə etdiyi nəqliyyat vasitəsini saxlamamış və oradan uzaqlaşmışdır. Zəngilan rayonu, Ağalı kəndində çatmasına az qalmış “Ağalı Otelin” yaxınlığında YPX əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, idarə etdiyi yük maşının arxa rezinlərinin olmadığını və təkərlərin yararsız olmasını, maşından düşməli olduğunu bildirmişlər. O, da idarə etdiyi nəqliyyat vasitəsini saxlasış, daha sonra polis əməkdaşları ondan nəqliyyat vasitəsindən düşməli olmasını bildirmiş, o, maşından düşməyəcəyini və şirkət rəhbərliyinin icazə verməməsini demişdir.Məhkəmədən ədalətli qərar verməsini xahiş etdi. Məhkəmə iclasında şahil qismində dindirilmiş X6 izahatında bildimişdir ki, xx.xx.2026cı ildə tarixdə Zəngilan rayonu, Ağalı kəndində xidmətdə olmuş, həmin vaxt “Hovo” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində kontruksiya dəyişikliyi olmasını görmüş, nəqliyyat vasitəsinə saxla əmri vermiş, nəqliyyat vasitəsinin sürücüsü isə hərəkətə davam etmişdir. Birdə yenidən saxla əmrini vermiş, nəqliyyat vasitəsinin sürücüsü yolun sağ kənarında dayanmış, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, nəqliyyat vasitəsində olan dəyişikliyin qayda pozuntusu olmasını izah etmişdir. Sürücüyə nəqliyyat vasitəsindən düşərək sənədlərini təqdim etməyi xahiş etmiş sürücü isə düşməyəcəyini və sənədləri də verməyəcəyini demişdir. O, isə şəxsin bu hərəkətinin polisin qanuni tələbinə qəsdən tabe olmamaq kimi olmasını izah etmiş, lakin şəxs yenə eyni hərəkətləri etməyə davam etmişdir. Vətəndaşa bir neçə dəfə deməsinə baxmayaraq nəqliyyat vasitəsindən düşmədiyinə və sənədləri təqdim etməviyinə görə PPXB-əməkdaşlarını çağırmış, qanuna uyğun formada şəxsi nəqliyyat vasitəsindən düşürmüş və rayon polis şöbəsinə gətirilməsini təmin etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Zəngilan rayon X8 X10 inspektoru Rəşad Fərəcov tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Zəngilan rayonu, Ağalı kəndi Ərik Bağları adlanan ərazidə xidmət aparan zaman PPXB-nin əməkdaşları **-JU-*** dövlət qeydiyyat nömrəli «Hovo» markalı avtomobilə saxla əmri vermiş, lakin şəxs buna məhəl qoymamış, hərəkətlərinə davam etmiş, bu zaman o, xidmət apardığı **-YP-*** dövlət nömrə nişanlı YPX avtomobili ilə həmin maşının arxasından gedərək onu saxlatmış, maşında olan nasazlığı bildirmiş, şəxsdən avtomobildən düşməsini və sənədlərini təqdim etməsi tələb olunmuş, lakin şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, yenə də polisin qanuni tələblərinə tabe olmayaraq, öz hərəkətlərinə davam etmiş, daha sonra PPx-nin əməkdaşlarının köməyi ilə həmin şəxs maşından düşürülmüş və Zəngilan rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN ******* və MN 1948259saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Zəngilan rayonu, Atğalı kəndində ictimai yerdə ictimai ünvansız nəlayiq ifadələr işlətmiş, daha sonra polisin qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Zəngilan rayonu, Atğalı kəndində ictimai yerdə ictimai qaydanı pozan, ünvansız nəlayiq ifadələr işlətməklə fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirilmiş və onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə edilməsi üçün dövlət büdcəsi hesabına vəkil dəvət edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, şəxsin hüquqlarını müdafiə etməyə görə vəkilə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir.Odur ki, həmin hesabla Şəxs məhkəmə araşdırılması zamanı göstərilmiş 5 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 55(əlli beş) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(5-168)-5/2026
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(5-168)-5/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver