Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 3(5-168)-6/2026 16.01.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, Müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Zəngilan rayonu, Ağalı kəndində ictimai yerdə ictimai qaydanı pozmuş, ünvasız nəlayiq ifadələr işlətmişdir. Məhkəmə İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İnzibati xəta haqqında protokolda göstərilən sənədlər-polis əməkdaşının raportu, ərizə və izahatların olması qeyd edilsə də, həmin sənədlər protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda – inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-103, 118,125-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(5-168)-6/2026
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №3(5-168)-6/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver