Məhkəmə qərarları › İş №3(5-169)-160/2026

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-160/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Zərdab rayonu İş № 3(5-169)-160/2026 19.03.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSI Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs qərardan şikayət verən orqan (şəxs)2 iştirakı ilə, qərardan şikayət verən orqan (şəxs)1 Dövlət X3 yol patrul xidməti inspektoru, R İmranlı Yusif Elbrus oğlu tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından qərardan şikayət verən orqan (şəxs)2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : qərardan şikayət verən orqan (şəxs)2 məhkəməyə müraciət edərək qərardan şikayət verən orqan (şəxs)1 Dövlət X3 yol patrul xidməti inspektoru, R İmranlı Yusif Elbrus oğlu tərəfindən barəsində qəbul olunmuş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə şahid1 sərxoş şəkildə idarə etdiyi VAZ 2107 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Ağdaş yolunun Burunlu kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman ona məxsus 7 baş qoyunu vurub öldürmüşdür. Digər heyvanlar isə xəsarət almış və sonradan 3 baş qoyun aldığı zədədən ölmüşdür. Bununla bağlı Zərdab RPŞ-də araşdrıma aparılmış və ## ###### 2026-cı il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sözü gedən qərarda onun əməlində İXM-nin 338.5.5-ci maddəsində nəzərdə tutulan inznibati xəta tərkibi olduğu qeyd olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Zərdab RPŞ-nin DYPB-nə göndərilmişdir. Göndərilmiş qərara əsasən barəsində TP ******* saylı qərar qəbul edilmiş və bununla da 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilir ki, İXM-nin 338.5.5-ci maddəsində mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, bildirir ki, ona məxsus qoyunlar yol keçməmiş və yolun beton (asvalt) olmayan hissəsi ilə, yəni nəzarət altında yolun kənarı ilə hərəkətdə olmuş və hadisə də bu zaman baş vermişdir. ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda işin halları tam araşdırılmamışdır. Belə ki, müvafiq qərarda hadisənin dəqiq vaxtı və eyni zamanda sutkanın qaranlıq vaxtının nə zaman olması və hadisənin sutkanın qaranlıq vaxtında düşüb-düşməməsi faktı aydınlaşdırılmamışdır. Bildirir ki, hadisə baş verən zaman sutkanın qaranlıq vaxtı olmamış və görüntü aydın olmuşdur. Hadisənin baş verməsinə səbəb isə avtonəqliyyat vasitəsinin sürücüsünün sərxoş olması olmuşdur. Ümumiyyətlə hesab edir ki, işin hallarında İXM-nin tərkib hissəsi olarsa belı bu zaman məsuliyyətə cəlb olunmalı şəxs o deyildir, belə ki, inzibati xəta hadisəsi baş verən zaman o ümumiyyətlə hadisə yerində olmamışdır. Hesab edir ki, hadisə yerində olmadığından və təqsiri sübuta yetirilmədiyindən barəsində qəbul edilmiş qərar əsassızdır və ləğv olunmalıdır. qərardan şikayət verən orqan (şəxs)1 Dövlət Yol Polisi Bölməsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərardan şikayət verən orqan (şəxs)1 Dövlət X3 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs qərardan şikayət verən orqan (şəxs)2 şikayət ərizəsinin mətninə uyğun izahat verərək bildirmişdir ki, Zərdab rayonunun Sarıqaya kəndində yaşayır, heyvandarlıqla məşğuldur. Heyvandarlığın inkişafı məqsədilə Zərdab rayonu, Sarıqaya kəndində ona verilən pay torpaq sahəsində ferması vardır və həmin fermada işləri görməyə ona Yunus adlı şəxs köməklik edir. ## ###### 2026-cı il tarixdə Yunusla birlikdə qoyunları otardıqdan sonra, təxminən saat 17 radələrində heyvanları yoldan keçirmişlər və Yunusa tapşırmışdır ki, heyvanları yol kənarı ilə fermaya gətirsin. Özü isə hazırlıq işləri gömək üçün tez fermaya getmişdir. Təqribən 1 saatdan sonra Yunus onun mobil telefonuna zəng vurub heyvanları maşın vuraraq öldürdüyünü demişdir. Dərhal hadisə yerinə gəlmiş, gömüşdür ki, şahid1 sərxoş şəkildə idarə etdiyi VAZ 2107 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə heyvan sürüsünə girmiş və nəticədə 7 baş qoyunu, daha sonra isə 3 baş qoyunu ölmüşdür. Bildirir ki, heyvan sürüsü yol kənarı ilə hərəkət etmiş, asfalt yola çıxmamışdır, bundan əlavə hadisə yerində ümumiyyətlə olmamışdır. Ona görə də barəsində qəbul edilmiş qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən şahid1 izahat verərək bildirmişdir ki, ##.##.1984-cü ildə Zərdab rayonunun Burunlu kəndində doğulmuşdur və hazırda həmin kənddə yaşayır. ## ###### 2026-cı il tarixdə, axşam saat 17 radələrində idarət etdiyi VAZ 2107 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları kəndə doğru hərəkətdə olarkən, qarşıdan gələn nəqliyyat vasitəsinin işığı onun gözünə düşdüyü üçün görməsi məhdudlaşmışdır. Qarşıdan gələn nəqliyyat vasitəsi keçəndən sonra Zərdab rayonunun Burunlu kəndindən keçən hissəsində asfalt yolun üzərində qarşısına qəflətən heyvan sürüsü çıxdığını görmüşdür. Hava qaranlıq olduğundan heyvan sürüsünü uzaqdan görə bilməmişdir və hadisənin qarşısını almağa nə qədər cəhd etsə də, idarə etdiyi nəqliyyat vasitəsini tam dayandıra bilməmiş və nəticədə heyvan sürüsünü vurmuşdur. Hadisə yerində 7 baş qoyun tələf olmuşdur və qoyunların Fuada məxsus olduğunu bilmişdir. Bildirir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır və hadisə baş verən gün səhər saatlarında alkoqollu içki qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən şahid2 izahat verərək bildirmişdir ki, ##.##.1976-cı ildə Zərdab rayonunun Gödəkqobu kəndində doğulmuşdur və hazırda həmin kənddə yaşayır. qərardan şikayət verən orqan (şəxs)2 çoxdan tanıyır və onun fermasında işlərin görülməsində köməklik göstərir, heyvanlarını otarır. ## ###### 2026-cı il tarixdə Fuadla birlikdə qoyunları otardıqdan sonra, təxminən saat 17 radələrində heyvanları yoldan keçirmişlər və Fuad fermaya getmişdir. Həmişə olduğu kimi heyvanları yol kənarı ilə fermaya gətirən zaman arxadan bir maşının sürüyü girdiyini görmüşdür. Hadisə baş verən zaman zərbədən heyvanlar ona dəymiş və o özü də zədə almışdır (deməsinə görə qolu sınmış və başı çapılmışdır). Hadisə zamanı çox qorxmuş və özünə gələndən sonra Fuadın mobil telefonuna zəng vuraraq hadisə barədə xəbər vemişdir. Bir neçə dəqiqədən sonra Fuad hadisə yerinə gəlmişdir. Hadisəni şahid1 törətmişdir. Belə ki, o idarət etdiyi VAZ 2107 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan tərəfdən heyvan sürüsünə girmiş və nəticədə 7 qoyun, daha sonra isə 3 qoyun ölmüşdür. Məhkəmə şikayət verən şəxsin, şahidlərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, şahid1 və qərardan şikayət verən orqan (şəxs)2 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda qərardan şikayət verən orqan (şəxs)2 əməlində Azərbaycan Respublikası İXMnin 338.5.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta, şahid1 əməlində isə İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta olduğundan barələrində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Zərdab rayon PŞ-nin DYPB-nə verilmişdir. İş materiallarında olan Zərdab RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, R İmranlı Yusif Elbrus oğlu tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, qərardan şikayət verən orqan (şəxs)2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Zərdab RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, R İmranlı Yusif Elbrus oğlu tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, qərardan şikayət verən orqan (şəxs)2 ##.##.2026-cı il tarixində, saat 18:00-da mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə İXM-in 338.5.5-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xüsusi texniki vasitə ilə inzibati xətanın aşkar edilərkən qeydiyyata alındığı fotoşəkillərdən görünür ki, ## ######## 2025-ci il tarixdə, saat 16:56:14 radələrində Binə Ticarət Mərkəzinin qarşısında “KİA RİO minik” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmışdır. qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən məhkəməyə təqdim edilən HK-*/** nömrəli iş materialında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 19:05-də DİN “102” Xidmətindən daxil olmuş ********** saylı məktubda, Zərdab rayonu, Burunlu kənd sakini qərardan şikayət verən orqan (şəxs)2 VAZ 2107 markalı, naməlum dövlət qeydiyyat nişanlı avtomobilin 10 baş xırda buynuzlu heyvanını vurması və heyvanların ölməsi barədə məlumat vermiş, həmçinin hadisə törədən şəxsin içkili olduğunu bildirmişdir. HK-*/** nömrəli iş materialında olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə olunan hadisənin sxemindən görünür ki, ##.##.2026-cı il tarixdə, saat 18 radələrində şahid1 etibarnamə əsasında sürücülük hüququ olmadan idarə etdiyi VAZ 2107 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobili ilə Zərdab-Ağcabədi istiqamətində Zərdab rayonunun Burunlu kəndi istiqamətində hərəkətdə olan zaman qərardan şikayət verən orqan (şəxs)2 7 baş xırdabuynuzlu heyvanlarını asfalt örtüyün üzərində vurmuşdur. Yol-nəqliyyat hadisəsi Zərdab rayonu, Burunlu kəndi ərazisində baş vermiş, maneəni vurma yeri yolun sağ hissəsindən 5,3 m, yolun sol hissəsindən 2,9 m məsafədə yerləşir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 338.5.5-ci maddəsinə əsasən mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə səksən manat məbləğində cərimə edilir. Təqdim edilmiş sübutlar fonunda və məhkəmə iclasında proses iştirakçılarının verdiyi izahatlara əsasən məhkəmə hesab edir ki, sözügedən inzibati xəta hadisəsi aşkar edilsə də, əməlin məhz kim tərəfindən törədilməsi məsələsinə dair səlahiyyətli orqan tərəfindən tam araşdırma aparılmadan tələsik qərar qəbul edilmişdir. İş materiallarından da göründüyü kimi ## ###### 2026-cı il tarixdə, saat 18 radələrində şahid1 idarə etdiyi “VAZ 2107 markalı”, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Ağdaş yolunun Zərdab rayonu, Burunlu kəndindən keçən hissəsində asfalt yolun üzərində qərardan şikayət verən orqan (şəxs)2 məxsus xırdabuynuzlu 7 baş heyvanı vuraraq öldürmüşdür. Hadisə baş verən zaman qərardan şikayət verən orqan (şəxs)2 ümumiyyətlə hadisə yerində olmamışdır. Bu hal şikayətçinin, eyni zamanda məhkəmə iclasında şahid qismində ifadə verən şahid1 və şahid2 izahatları ilə də öz təsdiqini tapmışdır. Səlahiyyətli orqanın nümayəndəsi qərardan şikayət verən orqan (şəxs)2 barəsində inzibati tənbeh tətbiq edərkən mal-qaranın sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsini əsas götürmüşdür. Lakin, HK-*/** nömrəli iş materialında sutkanın qaranlıq və yaxud məhdud görünmə şəraitində olması, həmçinin qərardan şikayət verən orqan (şəxs)2 mal-qaranı yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirməsi halı öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə iclası zamanı yol-nəqliyyat hadisəsini törədən şəxsin və digər şahidin izahatlarından məlum olmuşdur ki, qərardan şikayət verən orqan (şəxs)2 hadisə baş verən zaman orada olmamış və heyvanlar şahid2 nəzarətində olmuşdur. Beləliklə də, qərardan şikayət verən orqan (şəxs)2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsinin dizpozisiyasını təşkil edən hərəkət və ya hərəkətsizliyin törədilməsi hazırki iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl aşkar edildiyi halda, inzibati xəta törədən şəxsin qeyri-müəyyən qalması və yaxud da inzibati xəta törədən şəxs əvəzinə, başqa bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına, eyni zamanda inzibati tənbehin məqsədlərinə yalnış xidmət etmiş olur. Belə olan halda isə inzibati xəta hadisəsi baş vermiş olsa da, inzibati xətaya aid olmayan şəxsin məsuliyyətə cəlb olunması nəticəsində həqiqətdə inzibati xətanı törətmiş şəxs müəyyən olunmamış və məsuliyyətə cəlb olunmamış qalacaqdır. Ona görə də məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, qərardan şikayət verən orqan (şəxs)1 Dövlət X3 yol patrul xidməti inspektoru, R İmranlı Yusif Elbrus oğlu tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında ləğv edilməli və eyni zamanda inzibati xəta törədən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Şikayət qismən təmin edilsin. qərardan şikayət verən orqan (şəxs)1 Dövlət X3 yol patrul xidməti inspektoru, R İmranlı Yusif Elbrus oğlu tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün səlahiyyətli orqana (Zərdab RPŞ-yə) göndərilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar