Məhkəmə qərarları › İş №3(5-169)-165/2026

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-165/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-165/2026 17.03.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil X4 iştirakları ilə xx.xx.1980-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi sahibkarlıqla məşğul olan, Zərdab şəhəri, B.İsmayılov küçəsi ev 8 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara 17 mart 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Zərdab şəhər sakini Şəxs xx.xx.2026-cı il tarixdə saat 10 radələrində Zərdab Rayon Polis Şöbəsinin qarşısında ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X10 xx.xx.2026-ci il tarixdə saat 09:45-da Zərdab RPŞ-nin, CAB-nin əməliyyat müvəkili, polis kapitanı Anar Baxışlı ilə birlikdə Zərdab şəhəri, B.İsmayılov küç ev 8-də qeydiyyatda olan Şəxs barəsində olan araşdırma ilə bağlı Zərdab rayonu, M.Fizuli küçəsində yerləşən mağazada olarkən ona yaxınlaşıb özlərini təqdim edərək, vətəndaşı Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlarla birlikdə Zərdab rayon Polis Şöbəsinə gəlmiş və şöbənin qarşısında avtomobildən düşərək uca səslə nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Zərdab RPŞ-nin, CAB-nin, əməliyyat müvəkili, polis kapitanı Anar Baxışlı ilə birlikdə həmin ərazidə olan Zərdab RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru Malik Mehdiyev həmin şəxsə nalayiq söyüşlər söyməməsini və ictimai qaydanı pozmamasını izah etsələr də, Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq nalayiq söyüşlər söyməyə və polisin qanuni tələblərini pozmağa davam etmişdir. Dəfələrlə onu nizamintizama dəvət etmələrinə baxmayaraq, o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də onu araşdırma aparılması üçün Zərdab RPŞ-yə gətirib növbətçi hissəyə təhvil verdikdən sonra raportla şöbə rəhbərinə məlumat vermişlər. Həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. Fərdi sahibkardır, Zərdab şəhəri, Fizuli küçəsində yerləşən mağazası vardır. 16 mart 2026-cı il tarixdə səhər saat 9:50 radələrində mağazasına 3 nəfər polis əməkdaşı gəlib, Zərdab RPŞ-nin rəisinin onu çağırdığını deyərək onlarla birlikdə Polis Şöbəsinə getməsini bildirmişlər. O, da işdə olduğu üçün başqa vaxt özü gələ biləcəyini demişdir. Lakin, polis əməkdaşları təkid etdikləri üçün onların gəldikləri 07 markalı mülki avtomobilə əyləşərək Zərdab RPŞ-yə getmişdir. Polis Şöbəsinin girişində qapı postuna şəxsi istifadəsində olan mobil telefonu təhvil verərək polis şöbəsinin binasına daxil olmuşdur. Bundan sonra onu xidməti otaqlarında bir neçə saat gözlətmişlər. Bir neçə saat gözləyəndən sonra saat 15:30 radələrində ona güya polisə müqavimət göstərməsini, ona görə də barəsində protokol tərdib edilib tədbir görüləcəyi bildirilmişdir. Halbuki, o, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Elektron məhkəmə sistemində olan şəxsi kabnetinə yüklənmiş iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, guyaki Zərdab RPŞ-nin rəisi Ramil Salayevə ərizə ilə müraciət edərək vəkil yardımına ehtiyacının olmadığını bildirmiş və həmin ərizəni imzalamışdır. Halbuki, həmin ərizədən məlumatı yoxdur. O, Zərdab RPŞ-nin qarşısında nəinki uca səslə, ümumiyyətlə söyüş söyməmiş və asayişi pozmamışdır. Ona görə də barəsində olan Azərbaycan Resbublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasında bildirmişdir ki, Şəxs özünü təqsirli bilmir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X10 izahatında bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə saat 09:45-da Zərdab RPŞ-nin, CAB-nin, əməliyyat müvəkili, polis kapitanı Anar Baxışlı ilə birlikdə Zərdab şəhəri, B.İsmayılov küç ev 8-də qeydiyyatda olan Şəxs barəsində olan araşdırma ilə bağlı həmin şəxsə məxsus Zərdab rayonu, M.Fizuli küçəsində yerləşən mağazasında olarkən yaxınlaşıb özlərini təqdim edərək, onu Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlarla birlikdə Zərdab rayon Polis Şöbəsinə gəlmiş və şöbənin qarşısında avtomobildən düşənıdən sonra uca səslə nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Zərdab RPŞ-nin, CAB-nin əməliyyat müvəkili, polis kapitanı Anar Baxışlı ilə birlikdə həmin ərazidə olan Zərdab RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Malik Mehdiyev həmin şəxsə nalayiq söyüşlər söyməməsini və ictimai qaydanı pozmamasını izah etsələr də, Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq nalayiq söyüşlər söyməyə və polisin qanuni tələblərini pozmağa davam etmişdir. Dəfələrlə onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də onu araşdırma aparılması üçün Zərdab RPŞ-yə gətirib növbətçi hissəyə təhvil verdikdən sonra raportla şöbə rəhbərinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X6 izahatında bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə saat 10 radələrində Zərdab RPŞ-nin, qarşısında olarkən Zərdab RPŞ-nin CAB-nin, əməliyyat müvəkili, polis kapitanı Anar Baxışlı ilə İTB-nin polis sahə rəisi, polis kapitanı Elvin Əliyevin bir nəfər şəxslə mübahisə etdiyini görüb onlara yaxınlaşdıqda həmin şəxsin ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı kobud şəkildə pozduğunu görmüşdür. Həmin vaxt şöbənin qarşısında vətəndaşlar dayanmış, aralarında qadınlar da olmuşdur. Həmin şəxsə söyüş söyməməsini və ictimai qaydanı pozmamasını izah etsələr də, Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq nalayiq söyüşlər söyməyə və polisin qanuni tələblərinə məhəl qoymamaqda davam etmişdir. Ona görə də onu araşdırma aparılması üçün Zərdab RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan sənədlərdən, raportdan, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli, MN №2270844 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Zərdab şəhər sakini Şəxs xx.xx.2026-cı il tarixdə saat 10 radələrində Zərdab Rayon Polis Şöbəsinin qarşısında ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmənin elektron ünvanına ünvanlanmış vəsatətdən görünür ki, o, Zərdab rayon Polis Şöbəsinə daxil olduğu anların görüntüsünün çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 17 mart 2026-cı il tarixli məktubundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatətinə əsasən Zərdab RPŞ-dən video görüntülərin əldə olunması ilə bağlı Zərdab RPŞ-in rəhbərliyinə müraciət olunmuşdur. İş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin 17 mart 2026-cı il tarixli, 120/2-3320/26 saylı məktubundan görünür ki, Zərdab RPŞ-nin qarşısında olan və giriş qapısında (qapı postu) olan müşahidə kameraları nasaz olduğundan videogörüntülərin təqdim edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə istintaqı zamanı inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, onun həmin inzibati xətaları törətməsi Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə inzibati xəta törətmiş şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 17 mart 2026-cı il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Zərdab Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar