Məhkəmə qərarları › İş №3(5-169)-2/2026

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-2/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-2/2026 23.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X5 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, X9 Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 saylı X10 bölməsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan X9 Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 saylı X10 bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Zərdab Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan X9 Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 saylı X10 bölməsinin aparıcı məsləhətçi müfəttişi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan X9 Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 saylı X10 bölməsinin nümayəndəsi X7 protokolu müdafiə edib ona uyğun çıxış edərək bildirmişdir ki, Nazirlər X8 zonalarının, onların mühafizə zolaqlarının, sərhədlərinin və ölçülərinin dəyişdirilməsi haqqında qərara əsasən qazıntı işləri aparmaq üçün X9 Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin icazəsi və lisenziya şərtləri əsasında olmalıdır. İnzibati xəta hadisəsi baş verən gün onlar Şəxs yaxınlaşaraq ondan lisenziya və icazə sənədi istəmişlər. Astan müvafiq sənədləri onlara təqdim etmədiyi üçün onun inzibati xəta hadisəsi törətdiyi məlum olmuş və buna görədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətələr Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasnıda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdi ki, xx.xx.2025-ci il tarixdə Zərdab rayonu, Gödəkqobu kəndi ərazisində olan su kanalının içərisindən sepli ekskovator vasitəsi ilə gil-qum yığmışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları: 22 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 24 noyabr 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Zərdab rayonu Gödəkqobu kəndində, Gödəkqobu su kanalından sepli ekskovator vasitəsilə **-BD-*** X12 yük maşınına gil-qum qarışığının yüklənməsi (yığılması) faktı müəyyən edilmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli 002278 saylı aktdan görünür ki, Suların istifadəsinə və X2 Xidmətinin su və su təsərrüfatı obyektlərinin monitorinq cədvəlinə uyğun olaraq "xxxx" MMC-NİN Zərdab rayon üzrə nümayəndəsi tərəfindən 24 noyabr 2025-ci il tarixində nəzarət tədbirləri həyata keçirilən zaman Zərdab rayon Gödəkqobu kəndi ərazisində X11 Sistemlərinin İstismarı İdarəsinin balansında olan Gödəkqobu elektrik kanalından yük maşınları vasitəsi ilə qum-gil qarışığın daşınması müşahidə edilmişdir. 11 saylı X10 Bölməsinin müvafiq sərəncamlarına əsasən tərəfimizdən Gödəkqobu elektrik kanalına baxış küçirilərkən 1(bir) ədəd sepli ekskavator vasitəsilə **-BD-*** X12 maşınına faydalı qazıntı olan qum-gil yüklənərək naməlum istiqamətdə daşınması əlavə olaraq 3 (üç) ədəd **-UB-***, **-NG-*** və **-BC-*** X12 yük maşınlarının qum-gil daşınması üçün növbədə dayandığı müəyyən edilmişdir. Müşahidə zamanı yük maşınlarının sürücülərinə daşıntı ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi, yazılı izahat verilməsi, daşıntının dayandırılması bildirilsə də onlar tabesizlik göstərərək öz işlərini görməyə davam etmişlər. Vətəndaşlar tərəfindən tabesizlik göstərildiyi üçün əraziyə Zərdab rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilmiş və DİN-nin 102 qaynar xətt əlaqə mərkəzinə müraciət olunmuşdur. Həmin vətəndaşlar özlərinin istifadə etdiyi yük maşınları ilə birgə ərazidən uzaqlaşdırılmışdırlar. Araşdırma müddətində yük maşınlarının sürücülərini müəyyən etmək mümkün olmamışdır. Özlərini təqdim etməyən yük maşınlarının sürücüləri tərəfindən Azərbaycan Respublikası Nazirlər X1rın sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi haqqında 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarının 22-ci bəndinin, 5-ci abzasının tələblərinin pozulması faktı müəyyən edilmişdir. Ərazidə çəkilmiş foto şəkillər və aidiyyatı sənədlər akta əlavə olundu. İş materiallarına əlavə edilmiş fotogörüntü və videogörüntülərdən görünür ki, çay sahilində bir ədəd ekskovator qazıntı işləri apararaq materialları Kamaz markalı yük avtomobilinə yükləyir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar