Məhkəmə qərarları › İş №3(5-169)-24/2026

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-24/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-24/2026 03.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan. Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına 03 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə icarəyə götürərək idarə etdiyi “HYUDAİ ELANTRA” markalı, **-XD-*** dövlət nömrə nişanlı avtomobillə Zərdab-Mollakənd yolu ilə Kürdəmir istiqamətində, Zərdab rayonunun, Dəkkəoba kəndi ərazisində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və bununla da o, Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, işləri ilə əlaqədar olaraq Gəncə şəhərinə getməli olduğu üçün "xxxx" MMC-dən “HYUNDAİ ELNATRA” markalı, **- XD-*** dövlət nömrə nişanlı avtomobil icarəyə götürmüşdür. xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində o, rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə gəlmişlər. Bundan sonra onlar xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Yevlax şəhərinə gəlmişlər. Daha sonra Yevlax şəhərində işlərini bitirdikdən sonra Cəlilabad rayonuna getmək qərarına gəlmişlər. Onlar Cəlilabad rayonuna gedərkən Zərdab rayonu ərazisindən keçərək getmək istəmiş, Zərdab-Mollakənd yolunda, Kürdəmir istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun Zərdab rayonu, Dəkkəoba kəndi ərazisindən keçən hissəsində onun idarə etdiyi avtomobilin ön təkəri yolun sağ hissəsində olan xırda “çınqıl” daşının üzərinə çıxdığı üçün o, idarə etməni itirmiş və maşın yolun sol tərəfinə aşmışdır. Bundan sonra tibbi yardım almaq üçün o, və rəfiqəsi Zərdab rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Hazırda Zərərçəkmiş şəxslə barışmışdır və onun ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, ona yüngül cəza verilməsini xahiş edir. Törətdiyi əməlindən peşmandır. İşdə olan Zərdab rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “HYUDAİ ELANTRA” markalı, **-XD-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İşdə olan zərərçəkimiş şəxs X3 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, X1 ilə barışmış ondan heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin izahatı, zərərçəkmiş şəxs tərəfində verilmiş xx.xx.2026-cı il tarixli ərizəsi, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərdab-Mollakənd yolunda Kürdəmir istiqamətində, Zərdab rayonu, Dəkkəoba kəndi ərazisində hərəkətdə olarkən avtomobilin ön təkəri yolun sağ hissəsində olan xırda “çınqıl” daşının üzərinə çıxdığı üçün o, idarə etməni itirmiş və maşın yolun sol tərəfinə aşmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin X3 yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət olağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük vtomobillərininərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 ilk dəfə olaraq inzibati xəta törətməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, X1 zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar