Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-27/2026 12.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Zərdab rayonunun Gödəkqobu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Gödəkqobu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 12 yanvar 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 12 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs Talib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(035)-303/2024 nömrəli qətnaməsi dəyişdirilərək borclu Şəxs Talib oğlundan xx.xx.2013-cü ildə doğulmuş X8 və xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq tələbkar X2 verilməli olan alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla, minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0.4347 misli olmaqla, hər ay iki uşaq üçün cəmi 0.8695 misli (347,80 manat) məbləğində müəyyən edilmiş, qətnamənin dəyişdirilmədən saxlanılan hissəsi - tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 tələbkar X1 himayəsində saxlanılmış, alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 100 manat məbləğində çəkilmiş xərc borclu Şəxs Talib oğlundan tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınardaşınmaz əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət edilmiş və izahatı alınaraq icra sənədi üzrə tələbi təmin etməsi bildirilmiş və tələbəin təmin edilməsi üçün vaxt verilmişdir. Daha sonra borcluya verilmiş müddətdə icra sənədinin icrasına yönələn real addım atılmamış, çağırışlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Daha sonra şöbəyə gəlmiş izahatı alıranaq icra sənədi üzrə yaranmış 1800 manat alimenti ödəməsi tələb edilsə də borclu icra sənədi üzrə tələbi təmin edə bilməyəcəyini bildirmişdir. Ona görə də, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra da borcluya dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bu səbəbdən borclu barəsində xx.xx.2026-cı il tarixli axtarış qərarı qəbul edilərək icra edilməsi üçün aidiyyatı üzrə göndərilmiş və borclu xx.xx.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən məhkəməyə təqdim edilmişdir. Borclunun izahatı alıranaq icra sənədi üzrə yaranmış 6765, 60 manat alimenti ödəməsi tələb edilsə də borclu icra sənədi üzrə tələbi təmin edə bilməyəcəyini bildirmişdir. Ona görə də, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir və protokolun təmin edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı üçün icra məmurunun qeyd etdiyi icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Hazırda yaranmış aliment borcundan 20 manat ödəniş etmişdir. Maddi imkanı olan kimi borcunu ödəyəcəkdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs Talib oğlundan xx.xx.2013-cü ildə doğulmuş X8 və xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq tələbkar X2 verilməli olan alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla, minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0.4347 misli olmaqla, hər ay iki uşaq üçün cəmi 0.8695 misli (347,80 manat) məbləğində müəyyən edilmiş, qətnamənin dəyişdirilmədən saxlanılan hissəsi - tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 tələbkar X1 himayəsində saxlanılmış, alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 100 manat məbləğində çəkilmiş xərc borclu Şəxs Talib oğlundan tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 12 yanvar 2026-cı il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(5-169)-27/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-27/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver