Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-28/2026 18.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 18 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ET D İ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 17 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 izahatında göstərmişdir ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başalayaraq Şəxs hər ay hər uşağa görə 100 manat cəmi 200 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. İcra vərəqəi Zərdab rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərara qəbul edilkərək bildirşlə birgə borclunun könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmişdir.Borclu icra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəlikldə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyəyə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borclunun bir neçə dəfə izahatı alınsada o, tələbi təmin etməmiş və çağrışlara gəlməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə izahatı alınaraq vaxt verilsədə o, tələbi təmin etməmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə izahatı alınaraq barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və borclu Zərdab Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərarı ilə 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin, borclu bundan nəticə çıxarmayaraq sonrakı müddət ərzində də aliment borcunu ödəməyərək icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Onun tələbkara 11470 manat aliment borcu yarandığı üçün barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Zərdab rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin, borclu bundan nəticə çıxarmayaraq sonrakı müddət ərzində də aliment borcunu ödəməyərək icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır Bununlada, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə prosesinin gedişində borclu tələbkara yaranmış aliment borcundan 1000 manatını ödəmişdir. Protokolun təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, işləmədiyindən son vaxtlar aliment borcu yaranmışdır. Hazırda məhkəmə prosesinin gedişində borcundan 1000 manatı ödəmiş, qısa müddət ərzində də qalan borcunu ödəyəcəkdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 2(035)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən başalayaraq hər ay hər uşağa görə 100 manat cəmi 200 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 17 fevral 2025-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs yaranmış aliment borcundan 1000 mantını tələbkara ödəmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halı şəxsin borc məbləğinin müəyyən hissəsini ödəməsi ilə aradan qalxmışdır. Məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin olunması istiqamətində icra məmuru tərəfindən yetərincə icra hərəkətləri həyata keçirilmiş olsaydı, icra mərhələsində də analoji nəticəni əldə etmək, icra sənədləri üzrə tələbkarın tələblərinin qismən də olsa təmin edilməsinə nail olmaq mümkün olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin müəyyən olunan faktiki hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırmaq, icra məmurunun qanuni tələblərini yerinə yetirməmək kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(5-169)-28/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-28/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver