Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-36/2026 24.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab RPŞ-nin yol patrul xidməti X1nun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Zərdab rayonu, Şahsünlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Şahhüseynli kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 338.5.2 və 338.7-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 24 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürən zaman onu nəzarətsiz qoyması nəticəsində baş verən yol nəqliyyat hadisəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş yol patrul xidməti X1 izahat verərək bildirmişdir ki, 09 yanvar 2026-cı il tarixdə, saat 18;00-da Zərdab-Mollakənd yolunun 19cu kilometrliyində Zərdab rayonu Aşağı Seyidlər kəndi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumat daxil olmuşdur. Bundan sonra onlar dərhal hadisə yerinə getmiş Hyundai markalı avtomaşının iri buynuzlu mal heyvanını vurduğunu görmüşlər. Hadisə yerini müayinə edən zaman həmin mal heyvanlarının sahibinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu məlum olmuşdur. Bundan sonra rayon X6 X7 müvafiq araşdırmalar aparılmış Şəxs məxsus iri buynuzlu heyvanların kənd arası asfalt yola çıxması nəticəsində sürücü Zərərçəkmiş şəxs məxsus “HYUNDAİ TERRACAN” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun tərəfindən həmin maddələrə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 09 yanvar 2026-cı il tarixdə, saat 18:00-da Zərdab-Mollakənd yolunun 19-cu kilometrliyində Zərdab rayonu Aşağı Seyidlər kəndi ərazisində özünə məxsus mal heyvanını avtomobil yolu ilə gətirərkən heyvanlardan biri Mollakənd istiqamətində hərəkətdə olan “HYUNDAİ TERRACAN” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə gönərilmiş xx.xx.2026-cı il tarixli teleqramdan görünür ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbi yoxdur. İşə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. İşdə olan Zərdab rayon X8 Patrul Xidmət X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:00-da Azərbaycan Respublikası İXM-nin 338.5.2 və 338.7-ci maddələrinə əsasən inzibati xəta hadisəsi törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş yol patrul xidməti inspektorunun izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:00-da Zərdab rayonu, Dəkkəoba kəndi ərazisində iri buynuzlu mal-heyvanını örüşdən gətirərkən yolun asfalt örtüyündən keçirməklə heyvanı nəzarətsiz qoyması nəticəsində zərərçəkmiş şəxsin əmlakına maddi ziyan vurulmasında ifadə olunan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına və mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə 80 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu məcəllənin 338.4, 338.4- 1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 338.5.1 və 338.5.2-ci maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(5-169)-36/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-36/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver