Məhkəmə qərarları › İş №3(5-169)-38/2026

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-38/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-38/2026 19.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X9 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 Zərərçəkmiş şəxs X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Məlikumudlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 19 yanvar 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 19 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-678/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, tutulan alimentin miqdarı dəyişdirilərək borclu Şəxs xx.xx.2016- cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılmasıi üçün hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat, cəmi 300 manat aliment tutularaq tələbkar X2 xeyirinə verilməlidir. Borclu Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Borclu şöbəyə dəvət olunsa da borclu çağırışlara məhəl qoymayaraq icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda borclu barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan olunması barədə qərar icra olunması üçün aidiyyatı orqana göndərilmişdir. Borclu şöbəyə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə izahatı alınaraq aliment borcunu ödəməli olduğu bildirilmiş və borcluya xx.xx.2023-cü il tarixinə kimi təkrar müddət verilmişdir. Sonrakı müddətdə borclu aliment borcunu ödəməmiş və barəsində xx.xx.2023-cü il tarixdə təkrar axtarış elan olunması barədə qərar icra olunması üçün aidiyyatı orqana göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil verilmiş icra sənədi üzrə aliment borcunu ödəməli olduğu bildirilmişdir. Lakin borclu icra sənədi üzrə aliment borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. Borclu barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 3(035)- 298/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on gün) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması üçün xx.xx.2023-cü il tarixdə Zərdab rayon məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(035)-22/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sonrakı müddətdə borclu yaranmış 910 manat aliment borcunu ödəməmiş və barəsində xx.xx.2023-cü il tarixdə təkrar axtarış elan olunması barədə qərar icra olunması üçün aidiyyatı orqana göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil verilmiş icra sənədi üzrə yaranmış 910 manat aliment borcunu ödəməli olduğu bildirilmişdir. Lakin, borclu icra sənədi üzrə aliment borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. Bundan sonra borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərfıb edilərək baxılması üçün məhkəməyə verilmişdir. Məhkəməni qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində həbs edilmişdir. Borclu Həbsdən çıxdıqdan sonra ona yeni müddət təyin edilərək vaxt verilmişdir. Ancaq borclu Şəxs oglu tələbi təmin etməmiş və çağrışlara gəlməmişdir. Bunda sonra borclu Şəxs barəsində axtarış qərarı qəbul edilərək Zərdab rayon Polis şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu Şəxs tapılaraq rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Boıcluya hüquqları, vəzifələri və məsuliyyəti izah olunmuş, məhkəmə qərarının dövlətin adından çıxdığının və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bahanələr gətirərək tələbi təmin etməyərək məhkəmə qərarınin icrasından yayınmağa çalışmışdır. Buna görə də barəsində xx.xx.2024cü il tarixdə məhkəməyə inzibati xəta haqqında protokol göndərilmiş, məhkəmə tərəfindən protokolun baxılması ilə əlaqədar borclunun məhkəmə çağırışlarına gəlməmiş, barəsində Zərdab Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə məcburi gətirilmə barədə qərar qəbul edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən icraat ayandırılmışdır. Borclu xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaaq məhkəməyə təqdim edilmiş, onun təqdim etdiyi qəbzlərə əsasən borcun ödənildiyi müəyyən edilmiş, məhkəmənin həmin tarixli qərarına əsasən inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bundan sonrada borclu aliment öhdəliyini icra etməmiş, tərəfimizdən dəfələrlə şöbəyə çağırılmasına baxmayaraq çağırışlara gəlməmişdir. Nəticədə barəsində 09.01,2025-ci il tarixdə axtarış elan edilmiş, borclu xx.xx.2025-ci il tarixdə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təqdim edilmiş, izahatı alınmış, yaranmış 2430 manata aliment borcunun ödənilməsi tələb edihnişdir. Lakin, borclu izahatında hər hansı üzürlü səbəb bildirməmiş, aliment borcunu ödəməmişdir. Buna görə də borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Zərdab rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu X1 528.1-ci maddəsilə təqsilrli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu ona barəsində görüləcək bütünü növ məcburi icra tədbirlərinin görüləciyi barədə xəbərdarlıqların təqdim edilməsinə, ona çoxsaylı çağrışların edilməsinə məhəl qoymaraq dövlətin adından qəbul edilmiş icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun çağırışlarından yayınmışdır. Qeyd edilənlərə əsasən barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş, axtarış işi açılmışdır. Zərdab RŞ-nin əməkdaşları tərəfindən borclu saxlanılaraq xx.xx.2026-ci il tarixdə şöbəyə təqdim edilmiş, onun izahatı alınaraq yaranmış 3720 manat aliment borclunun ödənilməsi tələb edilmiş, lakin, borclu tələbi icra etməmişdir. Göründüyü kimi, borclu Şəxs dövlət adından çıxarılmış qətnamənin icrasından qərəzli olaraq yayınmaqda davam edir, icraat dövrü ərzində barəsində dəflərlə axtarış elan edilmiş, həmçinin bunun nəticəsində 4 dəfə inzibati protokol tərtib edilmiş və müvafiq məhkəmə qərarları qəbul edilmiş, hazırda il ərzində eyni inzibati xətaya təkrar yol vermiş, barəsində dəfələrlə axtarış qərarları qəbul edilmiş, hazırda da borclu axtarışla təqdim edilmişdir. Beləliklə, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Əgər vaxt verilsə belə həmin borcu tam şəkildə ödəyə bilməyəcəkdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında bildirmişdir ki, hazırda borclunun 3720 manat aliment borcu yaranmışdır. Uşaqların saxlanılmasında çətinlik çəkir. Şəxs borcundan heç bir ödəniş etmir. Ona görə də yaranmış aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə inzibati xəta törətmiş şəxsi, zərərçəkmiş şəxsi və icra şöbəsinin rəisini dinləyərək, inzibati xəta haqqında iş üzrə toplanmış sübutları tədqiq edərək və öz daxili inamı ilə qiymətləndirərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-678/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-621/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tutulan alimentin miqdarı dəyişdirilərək Şəxs xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-678/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 15 may 2025-cü il tarixli, 3(035)-201/2025 saylı qərarının surətindən görünür ki, Şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-678/2022 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyə etmək mümkün olmadığından onun barəsində təkrarən axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsaəsn icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hər hansı bir hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun, tələbkarın və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu eyni icra sənədlərinə münasibətdə icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə tərəfindən Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-678/2022 saylı icra sənədi üzrə tələbkarla (zərərçəkmiş şəxslə) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə mübahisəni (yaranmış aliment borcunun ödənilməsini) öz aralarında həll etmələri təklif olunsa da, məsələnin müsbət həllinə nail olmaq mümkün olmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmrunun qanuni tələblərini təkrarən üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 19 yanvar 2026-cı il tarixdən saat 12:25-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar