Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-5/2026 26.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X3 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Zərdab rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sahibkarlıqla məşğul olan, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 26 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 25 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 dekabr 2025-ci il tarixdə, saat 15 radələrində Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən mağazada səsli-partlayıcı pirotexniki vasitə satmışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X2 izahatında göstərmişdir ki, 23 dekabr 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işlətdiyi Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən mağazada pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Faktla əlaqədar olaraq PPX-nin əməkdaşları həmin mağazaya getmiş və doğrudanda həmin mağazada qanunla satışı qadağan olunmuş pirotexniki vasitələrin satıldığı məlum olmuşdur. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan şəxs Şəxs rayon Polis Şöbəsinə gətirilərək izahatı alınmış, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən mağazanı işlədir. 23 dekabr 2025-ci il tarixdə polis əməkdaşları onun işlətdiyi mağazaya gələrək Sədərək Ticarət Mərkəzindən özü istifadə etmək üçün aldığı 2 paçka pirotexniki vasitəni ondan götürmüşdürlər. Əlavə olaraq bir daha bildirmək istəyir ki, həmin pirotexniki vasitəni satmamış öz istifadəsi üçün almışdır. Məhkəmə Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən Ziya Məmmədrəhimlinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. İşdə olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirilməsinə dair İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol qanunsuz tərtib edilmişdir. Belə ki, şəxsin izahatı alınarkən qanunvericiliyin tələbinə əməl edilməmiş həmçinin, iş materialına əlavə olunan fotoşəkillərdən məlum olur ki, həmin fotoşəkillər material üzrə baş vermiş inzibati xəta hadisəsinin olduğu yerdə deyil rayon Polis Şöbəsinin xidməti otaqlarından birində çəkilmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, bu kimi hallar baş vermiş inzibati xəta hadisəsinin şəffaf formada araşdırılmasına şübhələr yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında 3(5-169)-5/2026 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(5-169)-5/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-5/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver