Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-66/2026 04.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Zərdab rayonunun Çallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X5 Təhsil idarəsində xadimə işləyən, Kəlbəcər rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan və deməsinə görə Zərdab rayonu Qoşaoba kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 04 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, 16 dekabr 2025-ci il tarixdə səhər saatlarında yaşadıqları Çallı kəndinin ərazisində yerləşən çöl torpaq sahəsində Şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin rəisi X4 izahatında göstərmişdir ki, Zərdab rayonunun Çallı kənd sakini Zərərçəkmiş şəxs Çallı kəndinin ərazisində yerləşən çöl torpaq sahəsində heyvanlarını otararkən həmkəndlisi Şəxs tərəfindən ağacla ayağına vurulması nəticəsində xəsarət alması barədə Zərdab rayonu Polis Şöbəsinə etdiyi müraciət əsasında Zərdab RPŞ-nin Təhqiqat Qrupunda araşdırma aparılmış, tərəflərin izahatları alınmış və Şəxs izahatında əməlini etiraf etmişdir. Həmçinin zərərçəkmiş şəxs ekspertizadan keçirilmiş və aldığı xəsarətin sağlamlığa zərər vurmadığından Təhqiqat qrupu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilərək müvafiq material şəxsin barəsində inzibati tədbir görülməsi üçün göndərilmişdir. Ona görə də 04 fevral 2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədən protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, Zərdab rayonu, Qoşaoba kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Özlərinə məxsus heyvan təsərrüfatları vardır və hər səhər heyvanları otlaq sahəsinə çıxarır. 16 dekabr 2025-ci il tarixdə səhər saatlarında Çallı kənd sakini Zərərçəkmiş şəxs ilə kənd camaatının mal-qarasını onların həyətyanı sahəsinə saldığı üçün aralarında mübahisə olmuş, mübahisə zamanı Aqif onun əri Qafili təhqir etmişdir. Aralarında yaranan mübahisənin davam etməməsi üçün onları ayıraraq həyat yoldaşını uzaqlaşdırmış və əlindəki çomaqla bir dəfə Aqifin ayağına vuraraq çıxıb getməsini bildirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxs həmkəndlisidir, onunla barışmaq niyyətindədir, lakin, zərərçəkmiş şəxsin onunla barışmaq müqabilində tələb etdiyi pulu verə bilmədiyindən onunla barışa bilmir. Göstərdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Zərdab rayonunun Çallı kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında nobata çıxaraq kənd camaatının mal qarasını otlaq sahəsinə aparmışdır. Həmin vaxt orada heyvan otaran Qoşaoba kəndində yaşayan Qafil adlı şəxs və arvadı Türfə onun üzərinə gələrək orada heyvan otarmamasını bildirmişlər. O, həmin şəxslərə buranın kənd camaatının örüş yeri olmasını demiş, ona görə heyvanları burada otardığını bildirdikdə Qafil onu söyüb təhqir etmiş və Türfə isə əlindəki çomaqla ayağına 2-3 dəfə vurmuşdur. Bu səbəbdən Polis Şöbəsinə gələrək bu barədə şikayət etmişdir. Aldığı xəsarətlə əlaqədar ekspertizadan keçmək üçün Ağcabədi rayonuna getmiş və təxminən 500 manat xərci çıxmışdır. Şəxs ona dəymiş ziyanı ödəmədiyindən onu bağışlamır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab Rayon Polis Şöbəsinin İTB-nin rəisi X4 tərəfindən tərtib edilmiş 04 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 18 dekabr 2025-ci il tarixli, 186 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ---- sağ budunda bir ədəd qançır – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən uzunsov formalı küt əşya ilə, o cümlədən ağacla vurulma zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, barışmaq üçün cəhd etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə tərəfindən tərəflərə barışmaları təklif olunsa da, inzibati xəta törətmiş şəxs barışmaq üçün cəhd etməsinə baxmayaraq, zərərçəkmiş şəxs ondan tələb etdiyi pul məbləğini əldə edə bilmədiyindən onunla barışmamışdır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əməlindən peşman olmasını və qadın olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(5-169)-66/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-66/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver