Məhkəmə qərarları › İş №3(5-169)-67/2026

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(5-169)-67/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(5-169)-67/2026 05.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30802400 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair verilmiş şikayətə (ərizəyə) baxaraq, Müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş EQ 30802400 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30802400 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan aydın olur ki, X3 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 09:54:52-də “KİA RİO minik” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1 -ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30802400 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət üçün Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30802400 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilən şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar