Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-72/2026 11.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X3 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonu, Məmmədqasımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 11 fevral 2026-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X5 09 fevral 2026-cı il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-550/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, hər uşağa görə 150 manat, cəmi 300 (üç yüz) manat məbləğində aliment, habelə xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək iddiaçının (ananın) özünə görə 40 (qırx) manat tutularaq iddiaçı X2 verilməlidir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı borclunun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirilməmiş və borclu məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu şöbəyə dəvət olunmasına və çağırışlara məhəl qoymayaraq icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırmışdır. Tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclunun həmin tarixə yaranmış aliment borcunun onun tərəfindən ödənilmədiyini, barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Görülmüş tədbirlərlə borclunun Rusiya Federasiyasının Samara vilayətində yaşadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən barəsində axtarış haqqına qərar qəbul edilmişdir. Borclu xx.xx.2026-cı il tarixdə şöbəyə gələrək izahatı alınmış və o, izahatında X1 şəhərində yaşadığı və orada fərdi əməklə məşğul olduğunu bildirmişdir. Borcluya yaranmış aliment borcunun ödənilməsi üçün xəbərdarlıq elan edilmiş, lakin onun tərəfindən alimentin kəsilməsinə etirazının olduğunu, həmin məbləği hazırda ödəməyəcəyini bildirmişdir. Borcluya məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq, o, borcundan heç bir ödəniş etməmişdir. Hazırda borclunun tələbkara xx.xx.2026-cı il tarixədək 6520 manat ödənilməmiş aliment borcu qalmışdır. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Zərdab rayonunu Məmmədqasımlı kəndində qeydiyyatdadır, işləmək üçün X1 şəhərinə getmişdir. Barəsində olan məhkəmə qətnaməsindən xəbəri var. Rusiya Fedarasiyasından pulu gəlməlidir, lakin həmin pul geçikdiyindən hazırda ötən məhkəmə iclasında söz verdiyi məbləği tələbkara ödəyə bilməmişdir. Pulu gələn kimi borcundan ödənişlər edəcəkdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda borclunun 6520 manat aliment borcu yaranmışdır. Uşaqların saxlanılmasında çətinlik çəkir, hətta uşaqlarından biri xəstədir. Borcluya məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq, o, borcundan heç bir ödəniş etməmişdir. Ona görə də yaranmış aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə inzibati xəta törətmiş şəxsi, zərərçəkmiş şəxsi və icra şöbəsinin rəisini dinləyərək, inzibati xəta haqqında iş üzrə toplanmış sübutları tədqiq edərək və öz daxili inamı ilə qiymətləndirərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-550/2024 nömrəli, 05.11.202ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 (üç yüz) manat məbləğində aliment, habelə xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək iddiaçının (ananın) özünə görə 40 (qırx) manat tutularaq iddiaçı X2 verilməli və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-550/2024 nömrəli, xx.xx.2024 il il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişlərin surətindən görünür ki, Şəxs bildirişi şəxsən qəbul etmiş, ona hüquq və vəzifələri, həmçinin məsuliyyəti izah olunmuşdur. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsaəsn icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin pul vəsaitinin (alimentin) ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin inzibati cərimə növündə tənbeh edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs icra məmrunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 11 fevral 2026-cı il, saat 17:40-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(5-169)-72/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-72/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver