Məhkəmə qərarları › İş №3(5-169)-73/2026

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-73/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-73/2026 10.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasının üzvi, fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakları ilə xx.xx.1991-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Əlvənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara 10 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Zərdab rayonunun Əlvənd kəndi sakini Şəxs xx.xx.2026-cı il tarixdə saat 13:30 radələrində ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 izahatında göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Mircəfər Bəylərzadə və Mahir Məmmədov icraatlarında olan əməliyyat tapşırığının icrası ilə əlaqədar Zərdab rayonu, Əlvənd kənd sakini Şəxs Kürdəmir rayonu ərazisində saxlayaraq izahatının alınması üçün Zərdab rayon Polis Şöbəsinə gətirdikdə Şəxs Zərdab rayon Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq, ünvansız söyüşlər söymüş, onu nizam intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş və Polis Şöbəsindən getməyə çalışmışdır. Buna baxmayarq onu saxladaraq növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Həmin raport əsasında onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, Zərdab rayonun Əlvənd kəndində yaşayır, anadan gəlmə əsəb xəstəliyindən əziyyət çəkir və xəstəliyi ilə əlaqədar hərbi xidmətə də getməmişdir. Həmkəndlisinə 1000 manata traktorun qoşqusunu (lafetini) satmış, atası buna razı olmadığından həmin qoşqunu gedib gətirmiş və sonra da 1000 pulu həmin şəxsin kartına atmışdır. Lakin, həmkəndlisi ondan Polis Şöbəsinə şikayət vermişdir. Bu səbəbdən polis əməkdaşları onu izahat verməsi üçün Polis Şöbəsinə gətirmişlər. Xəstəliyi ilə əlaqədar əsəbi olduğundan Polis Şöbəsində uca səslə danışmış, nə səbəbə gətirildiyini soruşmuş, lakin söyüş söyməmişdir. Bununla belə etdiyi əməldən peşmandır, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən ailədə yeganə gəlir gətirən şəxs olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, xəstəliyini və səmimi peşmanlığının nəzərə alınmasını xahiş edir. X1 məhkəmə iclasında bildirmişdir ki, Şəxs əməlindən peşmandır, ilk dəfədir inzibati məsuliyyətə cəlb olunur, əsəb xəstəliyindən əziyyət çəkir. Ona görə də məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X3 izahatında bildirmişdir ki, Zərdab rayon Polis Şöbəsinin CAB-nin əməkdaşı Mahir Məmmədovla birlikdə icraatında olan əməliyyat tapşırığının icrası ilə əlaqədar Zərdab rayonunun Əlvənd kənd sakini Şəxs Kürdəmir rayonu ərazisində saxlayaraq izahatının alınması üçün Zərdab rayon Polis Şöbəsinə gətirdikdə Şəxs Zərdab rayon Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq, ünvansız söyüşlər söymüş, onu nizam intizama dəvət etsələr də o, “məni nə səbəbə Polis Şöbəsinə gətirmisiz” deyərək qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş və Polis Şöbəsindən getməyə çalışmışdır. Buna baxmayarq onu saxlayaraq növbətçi hissəyə təhvil verib raportla şöbə rəhbərinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 şahid X2 izahatına uyğun, oxşar məzmunlu izahat verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan sənədlərdən, raportdan, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli, MN №2270809 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, AZA 008655 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkarlanmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs 08 fevral 2026-cı il tarixdə saat 13:30 radələrində Zərdab rayonunun polis şöbəsinin inzibati binasında ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəlləin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, törətdiyi inzibati xətanın xarakterini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən Şəxs 02 (iki) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar