Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-85/2026 27.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərardan məhz 28 yanvar 2026-cı il tarixdə xəbər tutmuşdur. Belə ki, inzibati qərarı qəbul edən orqan ona xx.xx.2026-cı il tarixdə məktub ünvanlayaraq həmin məktuba ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və müvafiq bank hesablarını əlavə etmişdir. Sözügedən məktuba əlavə olunmuş qərarla tanış olan zaman bilmişdir ki, 1500 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qərar qəbul olunan zaman maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. İnzibati orqan tərəfindən barəsində qərar qəbul olunan zaman ona məlumat verilməmiş və müdafiə imkanları məhdudlaşdırılmışdır. Hansı ki, mövcud qanunverilcilik onu deməyə əsas verir ki, barəsində qərar qəbul edən zaman inzibati orqan onu dəvət etməli və müdafiə imkanlarını təmin etməli idi. Lakin, qərar gizlin şəkildə qəbul olunmaqla hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, barəsində qəbul edilmiş qərar əsasız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X7 şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Zərdab rayonunda yerləşən “X3” Birliyinin direktoru vəzifəsində çalışır. Rəhbərlik etdiyi birliyin işçisi X1 icbari sığorta müqaviləsinin vaxtının bitdiyini sonradan bilmişdir. Bu barədə məlumatı olan kimi işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmişdir. X6 Xidməti tərəfindən birliyə daxil olmuş 21 yanvar 2026-cı il tarixli məktubdan məlum olmuşdur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi nəticəsində 1500 manat məbləğində cərimə olunmuşdur və həmin məktubda cərimənin onun əmək haqqından tutulmasına dair göstəriş verilmişdir. Barəsində qəbul edilmiş qərarla razı deyildir, şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət verən şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, X7 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: 17 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “X3” Birliyi (X7) ilə X2 arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması nəticəsində Birliyin icraçı direktoru X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X6 Xidməti tərəfindən “X3” Birliyinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, “X3” Birliyinin icraçı direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1.ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, barəsində qərar qəbul edilmiş şəxsin əmək haqqından hər ay 25 % tutulmaqla 1500 manat məbləğində cərimənin ödənilməsinin təmin olunması və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. xx.xx.2007-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X7 “X3” Birliyinin icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən arayışdan görünür ki, “X3” Birliyi (VÖEN: **********) xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixinədək mövsümi fəaliyyət və digər amillərlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırmışdır. Məhkəmə bu nəticəyə gələrkən ilk növbədə aşağıdakı qanunvericilik aktlarına diqqət yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 127-3.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1- ci, 477-1.1.2- ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 127-3.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-3.1-ci maddəsində göstərilən inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və bu Məcəllənin 45- 2.3-cü maddəsinə uyğun olaraq “İCMAL" informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Həmin Məcəllənin 127-3.6-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi qeyd olunan inzibati cəriməni həmin protokol barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Həmin Məcəllənin 127-3.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün iki gün müddətində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə göndərilir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə elektron sistem vasitəsi ilə inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinin xüsusiyyətləri İXM-in 127-3.6 və 127-3.7-ci maddələri ilə tənzimlənmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, MEİS dövlət informasiya sistemi vasitəsilə “X3” Birliyi tərəfindən işçilərin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması aşkar edilmiş və aşkar edilmiş inzibati xətaya dair “X3” Birliyinin icraçı direktoru X7 barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Lakin, X6 Xidməti tərəfindən aşkar edilmiş inzibati xətaya dair “X3” Birliyinin icraçı direktoru X7 barəsində sözügedən inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilən zaman qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən MEİS dövlət informasiya sistemi vasitəsilə X3” Birliyi tərəfindən işçilərin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması aşkar edildikdə ilk növbədə bu barədə inzibati xəta haqqında protokol tərtib edilməli, daha sonra həmin protokol İXM-in 57-1-ci maddəsinə əsasən vəzifəli şəxs həmin inzibati xəta haqqında protokol barəsində məlumatlandırılmalıdır. Vəzifəli şəxs 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. İnzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün iki gün müddətində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə göndərilməlidir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmadan birbaşa olaraq xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X7 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması Məhkəmə, yuxarıda sadalanan qanunvericilik aktlarını rəhbər tutaraq hesab edir ki, şikayət qismən təmin edilməli, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(5-169)-85/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-85/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver