Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(5-169)-98/2026 13.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, Müəyyən e t d im : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 13 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokolun təsviri hissəsində Şəxs 05 dekabr 2025-ci il tarixdə, saat 19:00-da idarə etdiyi “TUFAN M50” markalı, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş üzrə toplanmış materialları tədqiq edərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması mərhələsində Zərdab rayon prokurorluğundan məhkəməyə daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan Zərdab rayonu, Məmmədqasımlı kənd sakini Şəxs baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Zərdab RPŞ-nin İstintaq qrupunda obyektiv araşdırma aparılmaması və əsassız olaraq barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilməsinə dair müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparıldığı və araşdırma zərurəti ilə əlaqədar olaraq, toplanmış materialın nəzarət qaydasında öyrənilməsi üçün tələb edildiyi məlum olmuşdur. Zərdab RPŞ-nin İstintaq qrupunda toplanmış metarial hazırda rayon prokurorluğunda nəzarət qaydasında yenidən öyrənildiyi üçün baş vermiş yol-nəqliyyat hadisəsində inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və.s kimi iş üzrə sübut edilməli olan hallar bir daha araşdırılmalı, baş vermiş yol-nəqliyyat hadisəsinə yenidən hüquqi qiymət verilməlidir. Qeyd olunan hallar mövcud materiallar əsasında işə baxılmasını mümkünsüz edir. Hesab edirəm ki, protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan natamamlıqları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır və bu pozuntular protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən aradan qaldırılmalıdır. Qeyd edilən hallar hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olubolmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində isə təsbit edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Zərdab Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Abbasov
Məhkəmə qərarları › İş №3(5-169)-98/2026
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(5-169)-98/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver