Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(5-85)-24/2026 20.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin baş məsləhətçi-hüquqşünası Nümayəndə2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə1 iştirakları ilə, Şəxs barəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 21 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli protokola və ona əlavə edilən sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 23 yanvar 2026-cı il tarixli, 3-17-9-5/2-158/2026 nömrəli məktubu ilə "Arkoz Travertin-Mərmər Zavodu” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 21 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallarla birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-88)-47/2026 nömrəli qərardadı ilə inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxsnə müvafiq olaraq göndərilən xx.xx.2025-ci il tarixli, 3-17-9-5/2-3189/2025 nömrəli məktubda qeyd olunan sənədlərin yeddi iş günü ərzində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən X3 Xidmətinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protokolun təmin edilməsini və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs direktoru Nümayəndə1 bildirmişdir ki, protokolla tanış olsa da onu əsassız hesab edir. Belə ki, işçi X2 işdən çıxan zaman 06 iyun 2025-ci ildə ərizə təqdim etmiş və orada son haqq-hesab qaldığını bildirmişdir. Bu şəxs 2016-cı ildə işdən çıxmış, daha sonra yenidən işə bərpa olunmuş və son dəfə işdən çıxan zaman son haqq hesabını da almışdır. Lakin həmin şəxs 2011-2016-cı illərdə qalan son haqq-hesabını istəyir. O vaxtdan rəhbərlikdə dəyişiklik olmuşdur. O vaxtın sənədləri olmadığına görə təqdim edə bilməmişik. Bununla bağlı arxivə sorğu da verilmiş, oradan həmin sənədlər onlara təqdim olunmadığı cavabı gəlmişdir. Əmək Müfəttişliyinə də bu sənədlərin onlarda olmadığı cavabını vermişlər. Son olaraq bütün sənədlərin onun tərəfindən təqdim olunduğunu qeyd edərək, barələrində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs X1 müraciətinə münasibət bildirilməsi və zəruri sənədlərin 7 iş günü ərzində X3 Xidmətinə təqdim olunması xahiş olunmuşdur. SS964510540AZ üçün axtarış nəticələrindən poçt göndərişlərinin izlənməsinə dair elektron sistemdən çıxarışın surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 3- 17-9-5/2-3189/2025 nömrəli məktubu rəsmi olaraq xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə çatdırılmışdır. Şəxs tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-9-5/2-3189/2025 nömrəli məktubuna cavab olaraq ünvanladığı 207 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X2 xx.xx.2016-cı il tarixdə (əmr № 06) "X4 SK" MMC-nin şəhər sahəsinə fəhlə kimi işə qəbul edilmiş,xx.xx.2024-cü il tarixdə (əmr № 44) öz ərizəsi əsasında işdən azad edilmişdir. Bir müddətdən sonra, xx.xx.2024-cü il tarixdə (əmr № 267) "xxxx" MMC-nin şəhər sahəsinə operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə (əmr № 667) öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Hər iki halda əmək müqaviləsinə xitam verilərkən Ayaz Məmmədovun əmək haqqı və son hesabı müəssisə tərəfindən ödənilmişdir. Əlavə olaraq bildirilir ki, 2011-2016-ci illər üzrə müəsissənin arxivində sənədlərin olmaması səbəbindən A.Məmmədovun həmin dövr üzrə son haqq-hesabın hesablanıb ödənilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutların məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur və onun törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə müəyyən edir ki, Xidmətin "xxxx" MMC-dən məlumat tələb etməsi tam qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsi birbaşa müəyyən edir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini tələb etmək hüququna malikdir. Vətəndaş şikayəti əsasında araşdırma aparılması Xidmətin qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində olduğundan, onun 3-17-9-5/2-3189/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğusu hüquqi şəxs üçün icrası məcburi olan qanuni tələb statusuna malikdir. Qeyd edilən məktub xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə rəsmi olaraq çatdırılmışdır və bu sənədin çatdırılması hüquqi şəxs tərəfindən də təkzib edilməmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə sorğu daxil olmasına baxmayaraq icra edilməmişdir. Hüquqi şəxsin rəhbəri tərəfindən məhkəmə iclasında sənədlərin (məlumatların) X3 Xidmətinə təqdim olunduğu bildirilmiş və sübut olaraq iş materiallarında olan xx.xx.2025-ci il tarixli 207 nömrəli məktubu göstərmişdir. Lakin sözügedən məktuba münasibətdə məhkəmə qeyd edir ki, həmin məktubun məzmununda dövlət orqanına şikayət etmiş vətəndaşın işə qəbul, işdən çıxma, işlədiyi vəzifə barədə ümumi məlumat göstərilmiş, həmin məktubda vətəndaşın işdən çıxma və yenidən işə qəbul olunma əmrlərinə istinad olunsa da, diqqət yetirdikdə görünür ki, həmin sənədlər qoşma şəklində məktuba əlavə olunmalı sənədlərin sayı və nüsxəsi göstərilməmişdir. Bundan başqa, qeyd olunan məktub DƏMX-nə xx.xx.2025-ci il tarixdə, yəni Xidmətin sorğusunun rəsmi qaydada çatdığı vaxtdan 28 gün sonra ünvanlanmışdır. Halbuki, sorğu yeddi iş günü ərzində cavablandırılmalı idi. Eyni zamanda, həmin məktubda hüquqi şəxsin rəhbərinin məhkəmə iclasında qeyd etdiyi kimi “2011-2016-cı illər üzrə müəsissənin arxivində sənədlərin olmaması səbəbindən A.Məmmədovun həmin dövr üzrə son haqq-hesabın hesablanıb ödənilməməsini müəyyənləşdirmək mümkün olmamışdır” cümləsi də qeyd olunmuşdur. Bu da öz növbəsində sənədlərin təqdim olunmamasının göstəricisidir. İşin hallarının məcmusu göstərir ki, "xxxx" MMC hüquqi şəxs kimi fəaliyyət göstərən subyekt olaraq, özünə ünvanlanmış rəsmi sənədlərin qəbulunu və onlara vaxtında cavab verilməsini təmin etməli idi. Bu vəzifənin yerinə yetirilməməsi onun təqsirini sübut edir. Belə ki, hüquqi şəxsin rəhbərliyi öz fəaliyyətini təşkil edərkən lazımi diqqət və ehtiyatlılığı göstərməmiş, nəticədə dövlət orqanının qanuni tələbi icrasız qalmışdır. Yuxarıda göstərilən hüquqi və faktiki təhlillərin yekunu olaraq məhkəmə bu qənaətə gəlir ki, Şəxs MMC-nın əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın bütün tərkib elementləri mövcuddur və tam sübuta yetirilmişdir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədiyindən, məhkəmə hüquqi şəxs barəsində İXM-in 539.3-cü maddəsinin sanksiyası çərçivəsində cərimə tətbiq edilməsini ədalətli, qanunauyğun və mütənasib hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə və İXM-nin 31, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasina şikayət verilə bilər. Hakim Aynur Əhmədova
Məhkəmə qərarları › İş №3(5-85)-24/2026
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(5-85)-24/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver