Məhkəmə qərarları › İş №3(5-85)-27/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(5-85)-27/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(5-85)-27/2026 06.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızının sədrliyi, Əliyev İsmayıl Kamal oğlunun katibliyi, Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Babək rayonu, Xəlilli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 (üç) uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 06 fevral 2026-cı il tarixli, 122894/20xx-xx/2022 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş 06 fevral 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(079)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2(079)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 8(079)- 45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə iclasında Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X20 verdiyi izahatında bildirmişdir ki, hal-hazırda onun icraatında Şəxs barəsində beş iş vardır. İşlərdən ikisi aliment, digər ikisi fiziki şəxslərə, biri isə Zərərçəkmiş şəxs2 ASC-nə olan borcu ilə bağlıdır. Aliment üzrə Zərərçəkmiş şəxs4 890 manat borcu, Zərərçəkmiş şəxs5 1280 manat aliment borcu vardır. Digər icra vərəqələri üzrə Zərərçəkmiş şəxs1 81342 manat, Zərərçəkmiş şəxs3 2193 manat, Zərərçəkmiş şəxs2 ASC-ə 1044 manat borcu vardır. Hal-hazırda heç bir iş üzrə Şəxs ödəniş etməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq şöbəyə gəlməmiş, şəxs barəsində axtarış qərarı qəbul olumuş, bugün polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Aliment borcu üzrə şəxs sonuncu dəfə dekabr ayında 50 manat Zərərçəkmiş şəxs4 ödəniş etmiş, digər icra vərəqələri üzrə ödəniş etməmişdir. Tələbkarlar borcların tam şəkildə ödənilməsini tələb edirlər. Sonda icra məmuru şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra o, 100 manat aliment ödəməli olmuş, avqust ayında isə qarşı tərəf mediasiya müraciət etdikdən sonra aliment miqdarı artaraq 180 manat olmuşdur. Sözügedən iş üzrə tərəfə 2025-ci ilin noyabr ayına qədər 385 manat ödəniş etmişdir. Noyabr və dekabr aylarında 250 manat əlavə ödəniş etmişdir. Yanvar ayı işsiz olduğuna, eyni zamanda atasının xərçəng xəstəsi olduğuna görə ödəniş edə bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 borcundan da ödənişlər etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 borcundan 3000 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs5 olan aliment borcu ilə bağlı onu qeyd etmişdir ki, hal-hazırda yoldaşı ilə barışmış, evdəki iki körpə uşaq xəstə olduğuna görə həyat yoldaşı gəlib Şəxs ona borcunun olmaması barədə ərziə yaza bilmir. Hazırda rəsmi iş yeri yoxdur, səyyar paltar satıcılığı ilə məşğul olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 84000 (səksən dörd min) manat məbləğində pul və 342 (üç yüz qırx iki) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməlidir. “İcraata başlamaq haqqında” 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Babək Rayon Məhkəməsinin 2(079)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 1054.17 manat (bir min əlli dörd manat on yeddi qəpik) əsas, 170.44 manat (bir yüz yetmiş manat, qırx dörd qəpik) faiz borcu olmaqla, cəmi 1224.61 manat (bir min iki yüz iyirmi dörd manat altmış bir qəpik) məbləğində borc və 32.25 manat (otuz iki manat iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “İcraata başlamaq haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Babək Rayon Məhkəməsinin 2(079)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 3792.76 manat (üç min yeddi yüz doxsan iki manat, yetmiş altı qəpik) məbləğində pul və 50.77 manat (əlli manat yetmiş yeddi qəpik) dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs3 ödənilməlidir. “İcraata başlamaq haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Babək Rayon Məhkəməsinin 8(079)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-21/2015 nömrəli, 16 aprel 2015-ci il tarixli qətnaməsi ilə 27 avqust 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay bir uşağa görə Zərərçəkmiş şəxs4 xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,95 misli həddində indeksasiya edilməlidir. “İcraata başlamaq haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Babək Rayon Məhkəməsinin 8(079)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, 30 sentyabr 2025-cl İl tarixdən hesablanmaqla Şəxs sonrakı artımlar nəzərə alınmaqla hər ay sabit məbləğdə her bir uşaq üçün minimum orta aylıq əmək haqqının 0.4 misli miqdarında aliment tutularaq xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci iİ təvəllüdlü X2 üçün Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” 04 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan borcluya ünvanlanmış xx.xx.2026-cı il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıq məktubundan görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Babək Rayon Məhkəməsinin 2(079)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Babək Rayon Məhkəməsinin 2(079)- 425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Babək Rayon Məhkəməsinin 8(079)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən borclu Şəxs 84342 manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs1, 1256.86 manat pul tutularaq taləbkar "xxxx" ASC-nə, 3843.53 manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs3, xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində aliment tutularaq tələbkar X8, xx.xx.2019-cu il təvəllüdlü X9 ve xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum orta aylıq əmək haqqının 0.4 misli miqdarında aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs işsizdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs məxsus hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədi istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 104.2-ci maddəsinə əsasən aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Onun iki ayrı-ayrı icra sənədləri üzrə azyaşlı uşaqlarına ödəməli olduğu aliment borcundan əlavə həmçinin Zərərçəkmiş şəxs2 ASC-yə və iki nəfər fiziki şəxslərə də ayrıayrılıqda borcu vardır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 528.1-ci maddəsinin sanksiyasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarların əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. İXM-in 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol tərtib edilməsi üçün gətirilmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 06 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 06 fevral 2026-cı il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X21 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar