Məhkəmə qərarları › İş №3(5-85)-29/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(5-85)-29/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(5-85)-29/2026 13.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızının sədrliyi, Əliyev İsmayıl Kamal oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 İdarəsindən Şəxs barəsində xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Naxçıvan MR İstintaq və Təhqiqat İdarəsinə bilavasitətabe olan YNH dair işlər üzrə İstintaq və Təhqiqat qrupunun müstəntiqi, polis mayoru Fədair Nəbiyevin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:10 radələrində Naxçıvan-Şahbuz avtomobil yolunun 12-ci km-də X4 idarə etdiyi “Mercedes Benz” markalı **-BB-*** qeydiyyat nişnalı mikroavtobusla Şahbuz rayonu istiqamətində hərəkətdə olan zaman yolun sağ kənarında olan ikinci dərəcəli yoldam baş yola çıxan Şəxs idarə etdiyi “Kia Rio” markalı **- BL-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Şəxs və mikroavtobusda olan sərnişin X2 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs verdiyi izahatında bildirmişdir ki, “Kia Rio” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə Naxçıvan-Şahbuz avtomobil yolu istiqamətində hərəkətdə olmuş, avtomobillə gəlib yolayrıcında yavaşlayaraq baş yola çıxmış, əsas yola çıxan kimi Naxçıvan şəhəri tərəfdən gələn mikroavtobus yüksək surətlə gəldiyindən onun idarə etdiyi avtomobil toqquşmuşdur. Haı-hazırda zərərçəkmiş şəxs X3 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül növdə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında zərərçəkmiş şəxs iştirak etməmiş, səlahiyyətli orqanın nümayəndəsinin isə iştirakı təmin edilməmişdir. Məhkəmə, İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 02 nömrəli rəyindən görünür ki, tibbi müayinəsi zamanı X2 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət – Alt dodaq nahiyyəsinin iç səthinin selikli qişasının üzərində cərrahi tikişləri olan əzilmiş yarası və alt çənə nahiyyəsinin sıyrığı bərk küt əşya əşyalar) təsirindən törənmişlər, eləcə də sərnişini olduğu mikroavtobusda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, müddəti qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədi ilə Naxçıvan MR Xəstəxanası PHŞ-nə müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Naxçıvan MR DİN DYPİ-nə göndərilməsi qərara alınmışdır. 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini İXM-nin 32.2-ci maddəsinə əsasən iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar