Məhkəmə qərarları › İş №3(5-85)-31/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(5-85)-31/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(5-85)-31/2026 20.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin polis sahə rəisi X2, Zərər çəkmiş qurumun nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Naxçıvan rayonu, Cəhri kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 3 (üç) azyaşlı uşaq olan, Azərbaycan Dövlət Su Ehtiyatlari Agentliyi "X6 Xidməti" X11 X7 Sistemlərinin İstismari İdarəsində nəzarətçi vəzifəsində işləyən, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin X8 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Cəhri qəsəbəsində yerləşən Cilovxanlı məscidinin nəzir qutusunun qıfılını qırmışdır. Nəticədə Şəxs barəsində İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin polis sahə rəisi X4 protokola uyğun izahat verərək Şəxs barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək, əsəbi olduğu üçün qeyd olunan əməli törətdiyini, hazırda əməlindən səmimi peşman olduğunu, vurulmuş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirdi. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş qurumun nümayəndəsi X9 çıxış edərək bildirmişdir ki, Şəxs tərəfindən məscidə məxsus nəzir qutusunun qıfılı qırılmışdır, sonra isə dəymiş ziyan ödnilmişdir. Hazırda onunla barışmışdır və bu səbəbdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs tərəfindən Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Cilovxanlı məscidinin nəzir qutusunun qıfılı qırılmışdır. Nəticədə Şəxs barəsində İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Şəxs əmlində İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanının tərkib əlamətləri olduğundan qərarın surəti Şəxs məsuliyyətə cəlb edilməsi məqsədi ilə Babək RPİ-nin İTŞ-nə göndərilmişdir. X1 verdiyi rəydən görünür ki, ekspertə nəzəri təqdim olunan 01 ədəd qapı qıfılının ümumi dəyəri 4 AZN təşkil etmişdir. 20 fevral 2026-cı il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən inzibati xəta nəticəsində Babək rayonu, Cəhri qəsəbəsində yerləşən Cilovxanlı məscidinə dəymş maddi zərər ödənilmiş və Şəxs ilə barışılmış, zərərçəkmiş şəxs Babək rayon Dini İcmasının nümayəndəsi X5 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 39.2-ci maddəsinə əsasən İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda – inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını, o cümlədən xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, ekspert rəyini və tərəflərin məhkəmə iclasında verdiyi izahatları və digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq etdikdən sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə uyğun olaraq sübutları öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, barəsində icraat aparılan şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmış və ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsasən, İXM-nin 53.1.10-cu maddəsinə uyğun olaraq, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasina şikayət verilə bilər. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar