Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(5-85)-38/2026 04.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən xx.xx.2026-cı il tarixli, 3-13-43-6/2-6530/2026 nömrəli məktubu ilə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 02 mart 2026-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İş materiallarından görünür ki, Şəxs 03 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 342.1.4-cü maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay keçməsinə baxmayaraq həmin cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 25 fevral 2026-cı il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “AsanPay” internet portalından çıxarışdan görünür ki, Şəxs tərəfindən İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə borcu dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb Şəxs ilə əlaqədar olan sübutları nəzərdən keçirib bu nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətdən azad olunmalı və həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunun müddəasından göründüyü kimi İXM-nin 529.3-cü maddəsi ilə inzibati xətanın törədilməsi o halda hesab edilir ki, şəxs onun barəsində tətbiq edilmiş inzibati tənbehi qərarın qanuni qüvvəyə mindiyi andan 3 ay ərzində icra etməmiş olsun. Hazırki halda isə Şəxs onun barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmişdir. Bu baxımdan onun əməlində İXM-nin 529.3-cü maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, İXM-nin 529.3-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, yəni həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırda da müəyyən olunur ki, Şəxs onun barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin və onun barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasina şikayət verilə bilər. Hakim Aynur Əhmədova
Məhkəmə qərarları › İş №3(5-85)-38/2026
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(5-85)-38/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver