Məhkəmə qərarları › İş №3(5-86)-14/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(5-86)-14/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(5-86)-14/2026 05.02.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsi, hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 iştirakı ilə, Şəxs:- xx xxxxxx 1971-ci il tarixdə Culfa rayonunun Noraşen kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, işsiz, Culfa rayonunun Göydərə kəndində qeydiyyatda olan və yaşayan- barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 05 fevral 2026-cı il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuş, protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Culfa rayonu Notariat Ofisinin 8İ-497 nömrəli, 26 aprel 2024-cü il və Culfa Rayon Məhkəməsinin e-2(089)-85/2024-026 nömrəli, 24 aprel 2024-cü il tarixli icra sənədləri icra edilməsi üçün müvafiq ardıcıllıqla 26 aprel 2024-cü il və 04 iyun 2024-cü il tarixlərdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, Culfa rayonu Notariat Ofisinin 8İ-497 nömrəli, 26 aprel 2024-cü il tarixli icra sənədində 573.29 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin e-2(089)-85/2024-026 nömrəli, 24 aprel 2024-cü il tarixli icra sənədində Şəxs 4845.48 manat əsas borc, 416.68 manat faiz borcu, 20 manat cərimə borcu, 74.44 manat ödənilmiş dövlət rüsumunun 72.23 manat hissəsi, cəmi 5354.56 manatın alınıb “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi göstərilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair 26 aprel 2024-cü il və 04 iyun 2024-cü tarixli qərarlar qəbul edilmiş, qərarlar və tələbin könüllü icrası barədə bildirişlər 26 aprel 2024-cü il və 04 iyun 2024-cü il tarixlərdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə ümumilikdə 5927.85 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Borclu Şəxs tələbin təmin olunması və bölməyə gəlməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, barəsində Culfa Rayon İcra və Probasiya Bölməsinin 27 noyabr 2025-ci il tarixli borclunun axtarışı haqqında qərar qəbul edilmiş, Culfa Rayon Məhkəməsinin 8(089)- 67/2025 nömrəli, 10 dekabr 2025-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, 05 fevral 2026-cı il tarixdə Culfa rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Borclu Şəxs 05 fevral 2026-cı il tarixdə xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin o, üzrsüz səbədən icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Culfa rayonu Notariat Ofisinin 8İ-497 nömrəli, 26 aprel 2024-cü il tarixli icra sənədinə əsasən ondan 573.29 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və Culfa Rayon Məhkəməsinin e-2(089)-85/2024-026 nömrəli, 24 aprel 2024-cü il tarixli icra sənədinə əsasən ondan 4845.48 manat əsas borc, 416.68 manat faiz borcu, 20 manat cərimə borcu, 74.44 manat ödənilmiş dövlət rüsumunun 72.23 manat hissəsi, cəmi 5354.56 manat alınıb “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməlidir. İcra sənədləri 26 aprel 2024cü il və 04 iyun 2024-cü il tarixlərində müvafiq ardıcıllıqla Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarların surəti bildirişlərlə bərabər ona göndərilmişdir. Lakin, icra sənədlərində olan tələblər onun tərəfindən tam olaraq təmin edilməmişdir. İcra sənədləri üzrə pul borcları icra sənədlərində qeyd edilən miqdarda qalır. Oğlunun ölümü ilə əlaqədar kredit götürmüş, işsiz olduğu üçün borclarını ödəyə bilməmişdir. Oğlu antiterror əməliyyatları nəticəsində şəhid olmuş, lakin şəhidlik statusu verilməmişdir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. İcra sənədləri üzrə tələbləri az-az ödəyə bilər. Lakin, hazırda borcu ödəməyə maddi imkanı yoxdur, icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borcunu ödəyə bilməz. Məhkəmədən inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Culfa rayonu Notariat Ofisinin 8İ-497 nömrəli, 26 aprel 2024-cü il və Culfa Rayon Məhkəməsinin e-2(089)-85/2024-026 nömrəli, 24 aprel 2024-cü il tarixli icra sənədləri icra edilməsi üçün müvafiq ardıcıllıqla 26 aprel 2024-cü il və 04 iyun 2024-cü il tarixlərdə Culfa Rayon İcra və Probasiya Bölməsinə göndərilmiş, Culfa rayonu Notariat Ofisinin 8İ-497 nömrəli, 26 aprel 2024-cü il tarixli icra sənədində 573.29 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin e-2(089)-85/2024-026 nömrəli, 24 aprel 2024-cü il tarixli icra sənədində Şəxs 4845.48 manat əsas borc, 416.68 manat faiz borcu, 20 manat cərimə borcu, 74.44 manat ödənilmiş dövlət rüsumunun 72.23 manat hissəsi, cəmi 5354.56 manatın alınıb “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi göstərilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsinə dair 26 aprel 2024-cü il və 04 iyun 2024-cü tarixli qərarlar qəbul edilmiş, qərarlar və tələbin könüllü icrası barədə bildirişlər 26 aprel 2024-cü il və 04 iyun 2024-cü il tarixlərdə borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişlərdə borclu Şəxs tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə ümumilikdə 5927.85 manat məbləğində borcu ödəməmiş, borcun ödənilməsindən yayınmışdır. Şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bölməyə gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş, 05 fevral 2026-cı il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə gətirilmişdir. Şəxs barəsində qanuna uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada cərimə edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs barəsində həbs deyil, inzibatı cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar